Bu rayon bələdiyyələrində yerli vergilərin həcmi azalıb, mehmanaxa rüsumu da toplanılmayıb
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə
Balakən rayonunda formalaşan 13 bələdiyyənin büdcə gəliri 897.200 manat olub. Bu 2024-cü illə müqayisədə 2.6 faiz çoxdur. Əlavə
edək ki, 2024-cü ildə Balakən rayonunda formalaşan 20 bələdiyyənin büdcə gəliri
874.600 manat təşkil etmişdi.
Ötən il əldə edilən gəlirin 34.2 faizi yerli vergilərdən, 65.9 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin
17.7 faizi torpaq, 16.4 faizi əmlak
vergisindən daxil olub. Qeyd edək ki, torpaq vergisinin yığımında 6.5 faiz, əmlak
vergisinin yığımında isə 1.5 faiz azalma olub.
Balakən bələdiyyələrinin büdcə gəlirinin 52.2 faizi bələdiyyə
əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən
daxil olub.
Bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən Balakən bələdiyyələrinin büdcəsinə ötən il 85
min manat vəsait daxil olub. Bu da ötən
illə müqayisədə 58.2 faiz az deməkdir.
İl ərzində Balakən bələdiyyələrinə 77.000 manat dotasiya ayrılıb.
Balakən bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə
verilməsindən daxil olan gəlirlərin həcmi 2024 cü illə müqayisədə 37 faiz artıb. Bu istiqamətdə bələdiyyə büdcəsinə il ərzində
346.900 manat vəsait daxil olub ki, bu da ümumi büdcə
gəlirlərinin 38.7 faizi deməkdir.
Daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən
1.400 manat, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində
stasionar və ya səyyar ticarətdən isə
28.100 manat vəsait daxil olub.
Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə
müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, bələdiyyə büdcəsinə hər
hansı vergi daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy