Ağstafa bələdiyyələri il ərzində yerli vergilərin həcmini 23 faiz artırıblar
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Ağstafa rayonunda formalaşan 12 bələdiyyənin büdcə gəliri 388.300 manat olub.
Bu 2024-ci
llə müqayisədə 8.5 faiz çox deməkdir.
Əldə edilən gəlirin 31.3 faizi yerli vergilərdən, 68.7 faizi isə rüsumlardan
olub. Büdcə gəlirinin 12.2 faizi torpaq, 19.1 faizi isə əmlak vergisindən daxil
olub. Ağstafa bələdiyyələri il ərzində əmlak vergisinin həcmini 31.4 faiz,
torpaq vergisinin həcmi isə 45.7 faiz artırıblar.
Ağstafa bələdiyyələrinin büdcə gəlirin 46.3 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Ötən il bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən Ağstafa bələdiyyələrinin büdcəsinə 78.000 manat vəsait daxil olub. Daşınmaz mlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişin həcmi 1500 manat olub. Əldə edilən gəlirin 3.700 manatı bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərdən, 1700 manat isə mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olub.
Ötən il Ağstafa bələdiyyələrinə 68.000 manat dotasiya
ayrılıb.
Ötən il
Ağstafa bələdiyyələrinin bələdiyyə müəssisələrindən daxil olan mənfəət
vergisi, və avtodayanacaqlardan maliyyə
vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy