Nəzəri biliklər praktik bacarıqlarla möhkəmləndirilir
Peşəkar kadr hazırlığında nəzəri biliklərlə yanaşı praktik təcrübənin də böyük əhəmiyyəti var. Bu baxımdan müxtəlif müəssisə və təşkilatlarda təşkil olunan istehsalat təcrübələri tələbələrin gələcək fəaliyyətinə mühüm töhfə verir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin
mühasibat uçotu qrupunun 4 tələbəsi - Əminə Məmmədli, Fatimə Əliyeva, Tila Orucəliyeva
və Nuranə Musayeva təhsillərini başa vurmaq ərəfəsində istehsalat təcrübəsi
keçmək üçün İsmayıllı bələdiyyəsinə yönəldiliblər. Təcrübə müddətində tələbələr
mühasibat sənədlərinin hazırlanması, maliyyə hesabatlarının aparılması və idarəetmə
prosesinin təşkili ilə yaxından tanış olurlar. Bu proses onların nəzəri biliklərini
praktik bacarıqlarla möhkəmləndirməsinə şərait yaradır.
Bələdiyyə əməkdaşları tərəfindən tələbələrə lazımi dəstək
göstərilir, onlara iş prosesinin incəlikləri izah olunur. Gənclər də öz növbəsində
məsuliyyət və fəallıq nümayiş etdirərək verilən tapşırıqları diqqətlə yerinə
yetirirlər.
Belə təcrübə proqramları tələbələrin gələcək əmək fəaliyyətinə
daha hazırlıqlı şəkildə başlamasına kömək edir, həmçinin ixtisaslı mütəxəssis
kimi formalaşmalarında mühüm rol oynayır. Bu cür əməkdaşlıqların gələcəkdə də
davam etdirilməsi gənclərin peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət
daşıyır.
Ülkər Əsədova,
İsmayıllı bələdiyyəsinin əməkdaşı
Rəylər
0 Rəy