Əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması bələdiyyələrin qarşısında duran ən mühüm vəzifələrdən biridir
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi, kənd və qəsəbələrdə infrastruktur təminatının habelə əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması bələdiyyələrin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə hesabat dövrü ərzində Zəyəm-Tasmalı, Qum, İlisu və Qaxbaş bələdiyyələri tərəfindən bir sıra mühüm abadlıq, təmizlik və infrastruktur layihələri uğurla icra edilmişdir.
Zəyəm-Tasmalı
bələdiyyəsi tərəfindən həm yol-nəqliyyat infrastrukturunun qorunması, həm də kənd
təsərrüfatına dəstək məqsədilə genişhəcmli işlər görülmüş, Yevlax-Zaqatala magistral yolunun sağ kənarında
yerləşən 250 metr uzunluğunda kanal, eləcə də kənddaxili yollar təmizlənərək
tam yararlı hala gətirilmişdir. Bununla yanaşı, Tasmalı kəndində sel sularının
və yağıntıların fəsadlarını önləmək üçün 100 metr məsafədə suötürücü arx təmizlənmiş,
sakinlərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə sahə girişinin 50 metrlik
hissəsinə qum-çınqıl qarışığı tökülərək bərkidilmiş, heyvandarlığın inkişafına
dəstək olaraq isə mal örüşü sahələrinə suyun fasiləsiz verilməsi təmin
edilmişdir.
İlisu bələdiyyəsi
tərəfindən ərazidə sanitariya-gigiyena normalarının qorunması və ekoloji vəziyyətin
yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Bu çərçivədə, kənd ərazisində
mövcud olan məişət tullantıları quyuları təmizlənmiş, ehtiyacları qarşılamaq məqsədilə
yeni tullantı quyuları qazılmış, eyni zamanda kənd qəbiristanlıqlarının ərazisində
geniş təmizlik və abadlıq işləri aparılmışdır.
Qaxbaş bələdiyyəsi
tərəfindən yağıntılar zamanı yaranan subasma təhlükəsinin qarşısını almaq üçün
mühüm mühəndis-kommunikasiya işləri görülmüş, kəndarası yollarda yağış
sularının təhlükəsiz şəkildə kənarlaşdırılması məqsədilə xüsusi arx qazılmış,
bu sistemin səmərəli işləməsi üçün arxa 70 metr uzunluğunda borular salınmış və
toplanan suların birbaşa Qobala çayına axıdılması təmin edilmişdir.
Qıpçaq bələdiyyəsi
tərəfindən bələdiyyənin əhatə etdiyi Oncallı, Tanqıt, Qazmalar və Baydarlı kəndlərdə
kəndarası yolların müvafiq texnika vasitəsilə hamarlanması,eyni zamanda yol kənarlarının
həmçinin kənd qəbiristanlıqlarının ərazisinin təmizlənməsi işləri
aparılmışdır.
Son günlər ölkə ərazisində, eləcə də rayonumuzda intensiv yağan yağışlar bəzi ərazilərdə müəyyən çətinliklər və fəsadlar törətmişdir. Havaların qeyri-sabit keçməsi ilə bağlı yaranmış problemlər aidiyyatı qurumların iştirakı ilə mərhələli şəkildə aradan qaldırılır.
(Məlumatı Qax Rayon İcra Hakimiyyəti özünün sosial media platformasında paylaşıb)
Rəylər
0 Rəy