Polotsk şəhərinə səfər çərçivəsində keçirilən görüşlər və tədbirlərdə iştirak etməkdən məmnunluq duyduq.
Belarus Respublikasının Polotsk şəhərində təşkil olunan “Şəhər günü” tədbirləri çərçivəsində Mingəçevir şəhərinin nümayəndə heyətinin tərkibində keçirilən görüşlərdə və rəsmi tədbirlərdə iştirak etdim.
Səfər zamanı Polotsk şəhərinin rəhbərliyi ilə faydalı fikir mübadiləsi aparıldı, şəhərlərimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu. Eyni zamanda şəhərin sosial-iqtisadi inkişafı, kommunal təsərrüfat, mədəniyyət və digər sahələr üzrə təcrübələrlə yaxından tanış olmaq imkanı əldə etdik.
İnanıram ki, qardaş şəhər münasibətlərinə əsaslanan bu cür qarşılıqlı səfərlər Mingəçevir və Polotsk arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və şəhərlərimizin inkişafına töhfə verəcəkdir.
Rəylər
0 Rəy