Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-05-2026 , 20:29

117

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev: “Sakinlərin üzləşdiyi problemləri aradan qaldırmaq üçün bələdiyyə sistemli şəkildə iş aparır”

“Yağışın fəsadlarının aradan qaldırılmasında Pirəbədil bələdiyyəsi də öz töhfəsini verməkdədir”- bu fikirləri Belediyye.infoya Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.

Sədrin sözlərinə görə, bələdiyyənin əhatə etdiyi ərazilərə güclü yağışların yaratdığı sel ciddi fəsadlar yaratmaqla sakinlərin gediş-gəlişinə ciddi problem yaradıb. Sakinlərin üzləşdiyi problemləri aradan qaldırmaq üçün bələdiyyə sistemli şəkildə, bələdiyyə iclasında təsdiq edilmiş plana uyğun,  aradan qaldırmaq üşün addımlar atır.

Mövcud vəziyyəti dəyərləndirən Pirəbədil bələdiyyəsi Şabran RİH-in təşəbbüsü ilə Çuxurəzəmi kəndinə gedən yol  – 26 km yol selin gətirdiyi gildən, ağac budaqlarından, kol- kosdan təmizlənmiş və  ilin əvvəlindən aldığı  maşın mexanizmlərin dəstəyi ilə alternativ yollar qurulmuşdur.  Bununla yanaşı, Dəhnə kəndinə gedən yol  – 3 km çay içi yol selin gətiediyi gildən təmizlənmiş, Zeyvə kəndində  100 m məsafədə çayın məcrası bələdiyyənin aldığı bulldozer vasitəsilə dəyişdirilmişdir. 

Habelə son bir ay  ərzində Xəlfələr kəndinə gedən 3 m hündürlükdə olan körpü qismən təmir edilmiş, əraziyə 28 maşın daş tökülmüşdür.  Əmirxanlı kəndinə - gedən 3m hündürlükdə olan körpü də qismən təmir edilmiş, əraziyə  35 maşın daş tökülmüş, “bulduzer”lə yayılmışdır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər