Tahir Məmmədovun sakinlərlə növbəti səyyar görüşü keçirilib
Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Yasamal rayonu Zahid Xəlilov küçəsi 101,103 və 105 saylı binaların sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı. Daha sonra sakinlər uşaq meydançasının,oturacaqlar və söhbətgahların təmir edilməsi, ağacların budanması,quru ağacların götürülməsi,məhəllə daxili yola asfalt örtüyünün çəkilməsi və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.Səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Yasamal-36 MMC idarə heyətinin sədri, müharibə veteranı Elşad Abbasov, Yasamal-77 MMC idarə heyətinin sədri Nurəddin Qasımov və sakinlərdən Elşən Allahverdiyev çıxış edərək rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Rayon
ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq
davam etdirilir.
Yasamal bələdiyyəsi
Rəylər
0 Rəy