Zeynəladdin Zeynalov: “Bələdiyyə maliyyə imkanları çərçivəsində kənddə infrastruktur layihələrini icra etmək niyyətindədir”
“Yeddioymaq bələdiyyəsi sakinlərin müraciətini daim diqqətdə saxlayır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Zeynəladdin Zeynalov deyib.
Sədrin
sözlərinə görə, sakinlərin son günlərdə
kəndarası yolların bərbad vəziyyətdə olması ilə bağlı müraicətləri bələdiyyə
iclasında baxılaraq tez bir zaman kəsiyində həll edilməsi qərara alınıb.
Bələdiyyə
iclasının qərarına əsasən Yeddioymaq kəndindəki məhəllədaxili yollara çınqıl
tokülərək “Qreder” lə yayılaraq, həm də bərkitmə işləri aparılmışdır.
Bələdiyyə
maliyyə imkanları çərçivəsində bundan sonra kənddə infrastruktur layihələrini
icra etmək niyyətindədir.
Qeyd edək
ki, Yeddioymaq bələdiyyəsi Masallı rayonunda formalaşan 18 bələdiyyədən
biridir. 11 nəfər üzvü olan bələdiyyə rayonda daim aktiv fəaliyyəti ilə
seçilir.
Rəylər
0 Rəy