Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-07-2026 , 23:28

84

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov:Yerli əhəmiyyətli problemlərin mərhələli şəkildə həlli istiqamətində fəaliyyətini bundan sonra da  davam etdirəcəkdir

“Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz yaşayış massivində yol-təmir və abadlıq işləri həyata keçirilmişdir”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, Maştağa qəsəbəsi, “Subtropik Sovxoz” yaşayış massivinin sakinləri tərəfindən küçədaxili yolların yararsız vəziyyətdə olması ilə bağlı Maştağa bələdiyyəsinə edilən kollektiv müraciət operativ qaydada araşdırılmış, əraziyə baxış keçirilmiş və mövcud vəziyyət üzrə qüsur aktı tərtib edilmişdir.

Aparılmış araşdırmanın nəticələri Maştağa bələdiyyəsinin 27.07.2026-cı il tarixli, 15 saylı iclasında müzakirə olunaraq müvafiq qərar qəbul edilmiş və qərarın icrası çərçivəsində ərazidə cari yol təmir və abadlıq işləri həyata keçirilmişdir.

Görülmüş işlər nəticəsində yol örtüyündəki çökəklik və çuxurlar karbonat yayılaraq aradan qaldırılmış, yol səthi hamarlanaraq nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli vəziyyətə gətirilmişdir.

Məqsədimiz yalnız problemləri qeydə almaq deyil, onları həll etmək və görülən işləri şəffaf şəkildə ictimaiyyətə təqdim etməkdir.

Anar Adıgözəlov bildirib ki, Maştağa bələdiyyəsi bundan sonra da yerli əhəmiyyətli problemlərin mərhələli şəkildə həlli və qəsəbənin abadlaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər