Tural Ağammədov: “Bizə büdcə vəsaitini yalnız vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilməsi tövsiyə olunur”
“Hazırda bələdiyyədə vergi-uçot sisteminin qurulması başa çatdırılıb. Fəaliyyətə başladığımız gündən məqsədimiz BAMS proramında mövcud olan yalnışlıqları aradan qaldırmaq və vergi ödəyicilərin uçotunu dəqiqləşdirmək olub. Artıq sistemdə olan nöqsanlar aradan qaldırılıb. Bu gün bələdiyyə tərəfindən yaradılan işçi qrupu ərazidə vergi ödəyicilərinin siyahılarının dəqiqləşdirilməsi üçün monitorinqə başlayıb” – bu fikirləri Belediyye.infoya Masallı bələdiyyəsinin sədri Tural Ağammədov deyib.
Sədrin sözlərinə görə, bələdiyyənin sədr müavinin rəhbərliyi
ilə yaradılan işçi qrupu ilk olaraq “Bakı” küçəsindən başlayaraq həm
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, həm də fiziki şəxslərin monitorinqini
aparmaqla bəzi uçota düşməyən və bəzən də yayınan şəxsləri müəyyən edərək uçota
alınmasını təmin edir. Hazırda qeydiyyata düşən ödəyicilərin sayı dörd mindən
artıq olsa da, işçi qrupunun müşahidələrinə
görə, monitorinq nəticəsində daha iki min yaxın ödəyicinin də qeydiyyata alınması
gözlənilir. Bu prosesi az vaxt ərzində başa çatdırmaq niyyətindəyik.
Tural Ağammədov icra-probasiya ilə bağlı məsələlərin
onlayn qaydada icrasının bələdiyyənin fəaliyyətinə müsbət şəkildə təsir
etdiyini xüsusi ilə vurğulayıb. Ötən illərdə
bələdiyyə-icra-probasiya arasında hiss olunan “soyuqluq” onlayn müraciətə keçidlə əlaqədar artıq aradan qalxıb. Bu gün yaxşı haldır ki,
rayon icra-probasiya qurumunda artıq hərəkətlilik hiss olunmaqdadır. Bələdiyyə iclasının qərarı ilə vergi borcu yüz
manatdan artıq olan vergi ödəyiciləri barəsində qanunun tələbinə uyğun olaraq
bütün prosedur qaydalar yerinə yetirilmək şərti ilə tərtib edilmiş aktlar müvafiq olaraq icra probasiyaya onlayn qaydada göndərilir.
Birinci rüb ərzində 150-dən artıq vergi ödəyiciləri barəsində tərtib olunmuş
akt elektron qaydada icra-probasiyaya göndərilib.
150 nəfərdən artıq vergi ödəyicisinin bələdiyyəyə olan borcunun həcmi təxminən
30 min manata yaxındır. Artıq hissə-hissə bu vəsait bələdiyyə büdcəsinə daxil
olmaqdadır.
Hazırda büdcə gəlirlərinin 39 faiznin yerli vergilərdən
daxil olmasına aydınlıq gətirən sədr bildirib ki, bunun üçün ilk gündən bələdiyyədə strateji fəaliyyət proqramı
təsdiqlənib. Bildirşlər göndərilməmiş? bildiriş sahibi haqqında mövcud məlumatlar
dəqiqləşdirilir. Məlumat təsdiqini tapdıqda SMS-lə mövcud borc haqqında məlumat
vergi ödəyicisinə göndərilir. Bildirişlər isə “xəbərnaməli” məktubla göndərilir.
Poçtla bu proses uzlaşdırılaraq gün ərzində 30 nəfər vergi ödəyicisinə bildiriş
məktubu göndərilir. Artıq bələdiyyədə təsdiq olunur ki, bildirişləri vergi ödəyiciləri
alıblar. Bundan sonra bələdiyyədə yaradılmış “qaynar xəttdə” oturan vergi xidmətinin
xanım əməkdaşı vergi ödəyicisi ilə danışaraq artıq izahat xarakterli söhbətlərə
başlanılır.
Sədr deyib ki, çətin və bəzən də gərgin keçən söhbətin
sonluğunda vergi ödənişi həyata keçirilir. Nəzərə alaq ki, 2025-ci ilə qədər bələdiyyə
büdcəsinin gəlirlərində yerli vergilərin həcmi 5 faizi keçməmişdi. Bələdiyyənin
yürütdüyü siyasətin nəticəsidir ki, büdcə gəlirlərində yerli vergilərin həcmi dəfələrlə
artıb.
Aparılan ilkin təhlillərə görə sahibkarlıq subyektlərinin
70 faizədk, vətəndaşlara məxsus əmlakın isə 60 faziədək hissəsində çıxarışların
olma ehtimalı var.
BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinə
inteqrasiya edilməsinə görə, operativ şəkildə fəaliyyətə başladığımız müddətdə iki
minə yaxın çıxarış onlayn qaydada alınıb. Bunların müəyyən bir hissəsi payıbəlli
torpaqlara aid olsa da, bütün hallarda bu addımın atılması bələdiyyənin büdcə gəlirlərinin
artımına mühüm təsiri olub.
Şəhər bələdiyyəsinin fəaliyyətində iz qoymaq üçün
çalışdığını qeyd edən sədr bələdiyyənin inkişafında əsas məqamlardan biri onun
dayanıqlı maliyyə mənbəyinə sahib olmasının zəruriliyini xüsusilə vurğulayıb.
Bunun üçün bələdiyyə tərəfindən MMC təsis edilib. Bələdiyyə iclasının qərarı
ilə qeydiyyata alınan MMC-nin fəaliyyətinin çöxşaxəli olması nəzərdə tutulub.
Bununla yanaşı MMC-nin rayonda
formalaşdırılan digər bələdiyyələrə də xidmət göstərməsinə də çalışacağıq.
Bu gün bələdiyyənin əsas problemi mülkiyyətin
tanıtdırılması ilə bağlıdır. Göndərilən
müraciətlərin 90 faizinə müvafiq qurumdan imtina cavabı verilir. Və təəssüf ki,
bu imtina cavablarının böyük əksəriyyəti, fikrimizcə, əsassızdır. Nəzərə alaq
ki, vətəndaş yüz ildən artıq yaşadığı əmlakı
və həyətyanı torpaq sahəsini sənədləşdirmək istəyir, müvafiq qurum isə bu
prosesi sadələşdirmək əvəzinə atılan hər bir addım əksinə prosesi daha da çətinləşdirir.
Nəticə də isə vətəndaş bələdiyyədən narazı qalır.
Düşünmək olar ki, mövcud vəziyyətə aydılnlıq gətirilmiş
olsa bələdiyyə büdcəsinə daxil olan vəsaitin həcmi dəfələrlə artmış olar və bələdiyyə
əldə etdiyi vəsaitlə dayanıqlı maliyyə mənbəyinin yaradılmasında çətinlik çəkməz.
Bununla da bələdiyyənin sabit büdcə gəliri
formalaşar. Bu gün fəaliyyətin xeyli bir hissəsi bələdiyyə mülkiyyətinin
tanitdırılmasındakı problemlərin necə və hansı formada aradan qaldırılması ilə
bağlı yollar axtarmağa gedir.
Bununla yanaşı etiraf edək ki, bu gün Masallı
rayonunda bələdiyyə-icra münasibətləri
nümunə gətirilə biləcək bir səviyyədə qurulub. Bizə yalnız əldə olunan vəsaitin
vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilməsi tövsiyə olunur.
Belediyye.info
Rəylər
0 Rəy