Bu rayon bələdiyyələrində əmlak vergisinin yığımında azalma müşahidə olunub
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Abşeron rayonunda formalaşan 12 bələdiyyənin büdcə gəliri 3.830.400 manat olub. Bu da 2024-cü illə müqayisədə büdcə gəlirlərinin 1.1. faiz azalması deməkdir.
Qeyd edək ki, 2024-ci ildə Abşeron bələdiyyyələrinin büdcə gəliri 3.872.900 manat olmuşdur.
Ötən il əldə edilən gəlirin 61.7 faizi vergilərdən, 38.3 faizi
isə rüsumlardan olub. Büdcə gəlirinin 20.1 faizi torpaq, 41.7 faizi əmlak
vergisindən daxil olub. Yerli vergilərədn daxil olan vəsaiti həcmi 2.364.900
manat olub ki, onunda 1.595.700 manatı əmlak vergisindən daxil olub. Torpaq
vergisində 27.6 fazi artım olsa da, əmlka vergisinin yığımında 11.8 faiz azalma
müşahidə olunub.
Abşeron bələdiyyələrinin büdcə gəlirinin 25.1 faizi bələdiyyə
əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən
daxil olub.
Abşeron rayonunda formalaşan 12 bələdiyyəyə 340.000 manat dotasiya ayrılıb.
Bununla yanaşı il ərzində 5.300 manat mehmanxana, tuizm,
kurort-sanatoriya xidmətlərindən, 8.500
manat bələdiyyələr tərəfindən xüsusi
ayrılmış torpaq sahələrində stasionar və
ya səyyar ticarət , ictimai iaşə və digər xidmətlərdən maliyyə vəsaiti daxil olub. Abşeron bələdiyyələrinə
il ərzində fiziki və hüquqi şəxslərdən həmçinin
36.900 maliyyə yardımı daxil olub.
Bələdiyyə mülkiyyətindən olan müəssisə və təşkilatlardan mənfəət
vergisi və avtodayanacaqlardan hər hansı rüs um bələdiyyə büdcəsinə daxil
olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy