Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-04-2026 , 23:56

75

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Yağışların yaratdığı fəsadların aradan qaldırılması bələdiyyə tərəfindən də müvafiq tədbirlər davam etdirilir”


“Yaşayış ərazisində intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində Məhəmmədi bələdiyyəsi tərəfindən tədbirləri davam etdirir”- bu fikirləri Abşeron rayonu Məhəmmədi bələdiyyəsinin sədri Ceyhun Ələsgərov deyib.

Sədr qeyd edib ki, görülən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində bir çox ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.

Hazırda isə bəzi istiqamətlərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində müvafiq orqanlarla yanaşı bələdiyyə tərəfindən müvafiq tədbirlər davam etdirilir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
166