Atabala Şeydayev: “Sakinlərin üzləşdiyi problemləri aradan qaldırmaq üçün bələdiyyə sistemli şəkildə iş aparır”
“Yağışın fəsadlarının aradan qaldırılmasında Pirəbədil bələdiyyəsi də öz töhfəsini verməkdədir”- bu fikirləri Belediyye.infoya Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.
Sədrin sözlərinə görə, bələdiyyənin əhatə etdiyi ərazilərə
güclü yağışların yaratdığı sel ciddi fəsadlar yaratmaqla sakinlərin gediş-gəlişinə
ciddi problem yaradıb. Sakinlərin üzləşdiyi problemləri aradan qaldırmaq üçün bələdiyyə
sistemli şəkildə, bələdiyyə iclasında təsdiq edilmiş plana uyğun, aradan qaldırmaq üşün addımlar atır.
Mövcud vəziyyəti dəyərləndirən Pirəbədil bələdiyyəsi Şabran
RİH-in təşəbbüsü ilə Çuxurəzəmi kəndinə gedən yol – 26 km yol selin gətirdiyi gildən, ağac budaqlarından,
kol- kosdan təmizlənmiş və ilin əvvəlindən
aldığı maşın mexanizmlərin dəstəyi ilə alternativ
yollar qurulmuşdur. Bununla yanaşı, Dəhnə
kəndinə gedən yol – 3 km çay içi yol selin
gətiediyi gildən təmizlənmiş, Zeyvə kəndində 100 m məsafədə çayın məcrası bələdiyyənin
aldığı bulldozer vasitəsilə dəyişdirilmişdir.
Habelə son bir ay ərzində
Xəlfələr kəndinə gedən 3 m hündürlükdə olan körpü qismən təmir edilmiş, əraziyə
28 maşın daş tökülmüşdür. Əmirxanlı kəndinə
- gedən 3m hündürlükdə olan körpü də qismən təmir edilmiş, əraziyə 35 maşın daş tökülmüş, “bulduzer”lə yayılmışdır.
Belediyye.info
Rəylər
0 Rəy