Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-07-2026 , 11:14

96

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsi bundan sonra da sakinlərin sosial-rifah halının yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir”

“Hər bir bələdiyyənin məqsədi seçicilərinə layiqincə xidmətdən keçməlidir. Mərkəzi və rayon icra hakimiyyəti orqanlarının yerlərdə həyata keçirdiyi layihələrə öz dəstəyini əsirgəməməlidir, o cümlədən  güclü yağışın və küləyin yaratdığı fəsadların aradan qaldırılmasında”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib. 

Sədrin sözlərinə görə, bu günlərdə paytaxtda baş verən güclü külək rayon ərazisində sakinlərinmizə, xüsusəndə avtomobil sahiblərinə ciddi ziyan vurmuşdur. Köküstə qurumuş ağacların bir çoxu avtomobillərin üzərinə aşmış, maşın sahiblərinə ciddi ziyan vurmuşdur. 

Binaların, avtomobillərin üzərinə aşan, sakinlərin hərəkətinə maneə yaradan küçələrdə ciddi şəkildə görülən işlərə Nərimanov bələdiyyəsi öz dəstəyini göstərmiş, qırılmış ağacların götürülməsində, hərəkətin bərpa edilməsində, budaqları qırılmış ağacların götürülməsində aktiv iştirak etmişdir. Köküstə qurumuş ağacların götürülməsi ilə bağlı Nərimanov bələdiyyəsi ərazidə mütəmadi olaraq monitorinqlər aparır və müvafiq qurumlara bununla bağlı müraciətlərini vaxtında ünvanlayır. Artıq rayonun İrəvani,  Məsud Əlizadə, Azadlıq 132- 134, Koroğlu Rəhimov 4 ünvanlarında ciddi addımlar atılmışdır.

Nərimanov bələdiyyəsi bundan sonra da sakinlərin sosial-rifah halının yaxşılaşdırılmasına öz töhfəsini  bundan sonra da verəcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər