Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-04-2026 , 00:34

150

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Sədr: “Kolatan bələdiyyəsi olaraq hədəfimiz daha yüksək nəticələrə imza atmaqdır”

“Kolatan bələdiyyəsinin bu gün əsas vəzifəsi inzibati ərazisində  vətəndaş məmnunluğunun təmin edilməsidir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Rauf Cəbiyev deyib.

Sədr qeyd edib ki, bu gün sakinlərin qaldırdığı məsələlərin həlli, habelə onların üzləşdikləri problemlərin həlli bələdiyyədən maliyyə vəsaiti tələb edir. Nəzərə alaq  ki, ötən dövr ərzində bələdiyyə büdcəsinə vergi şəklində daxilolmalarının həcmi sıfıra bərabər olub, demək bələdiyyənin fəaliyyəti ötən ilədək ərazidə hiss olunmayıb. Ümid ancaq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirlməsinə qalıbmış. Ancaq son bir il ərzində bələdiyyənin fəaliyyəti nəticəsində həm bələdiyyənin əhatə etdiyi kəndlərdə müxtəlif səpgili layihələr icra olundu, həm büdcə gəlirlərinin artırılması üçün ciddi addımlar atıldı, həm də bələdiyyə ərazisində əhali arasında təmizliyə riayət olunması ilə bağlı maarifləndirici söhbətlər aparıldı.

Sədr son bir il ərzində əldə olunan uğurlar sırasında ilk olaraq sakinlərin ciddi şəkildə ərazilərə zibil tullantıların atılmasının qarşısının alınması ilə  bağlı atılan addımları hesab etmək olar. Nəzərə alaq ki, qalanqlanmış  zibil tullantılarının olduğu ərazilər təmizlənməklə yanaşı, həm də həmin yerlərə kamera quraşdırılması həyata keçirilmiş, bu addımı atanlara isə cərimə sankisiyasının tətbiqinə başlanılmışdır. Bu gün bu sahədə nəticə varsa demək bələdiyyənin bu fəaliyyətini sakinlər qəbul edirlər, bəyənirlər.

Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, ötən il Kolatan bələdiyyəsinin büdcəsinə kollektivin və vergi xidmətinin birgə səyi ilə 85.310 manat vəsait daxil olmuşdur. Bu rəqəm əvvəl ki illərlə müqayisə olunmaz dərəcədə coxdur. Bu vəsaitin  46.068 manat əmlak və torpaq vergisindən daxil olmuşdur. Bu isə ümumi rayon üzrə əldə olunan verginin 20 faizi deməkdir.

Qeyd edək ki, ötən il Masallı rayonunda formalaşan 18 bələdiyyənin birgə topladığı əmlak və torpaq vergisinin həcmi 223.500 manata bərabər olub. Bu isə əvvəl ki illə müqayisədə yüz faiz artıq deməkdir.

Göründüyü kimi, Kolatan bələdiyyəsinin bu prosesə öz töhfəsini verib. Bu məqamı da bələdiyyənin əldə etdiyi uğurlarından saymaq olar.

Beləliklə, əldə olunan vəsaitin 13.342 manatı bələdiyyə torpaqlarının satışından, 12.460 manat icarə haqlarından, 7.440 manatı isə bələdiyyə büdcəsinə edilən ianələr hesabına daxil olub.

Sədr qeyd edib ki, əldə olunan vəsait hesabına 13.683 manat  əhalinin həssas qrupuna: şəhid, qazi və aztəminatlı ailələrə maddi yardım edilmiş, o cümlədən 24.047 manatı isə bələdiyyənin əhatə etdiyi ərazilərdə abadlıq işlərinə sərf edilmişdir.

Bu gün Kolatan bələdiyyəsi 7 kəndi əhatə edir- Böyük Kolatan, Bala Kolatan, Bağıroba, Sığdaş, Babakücə, Ninəlov və Xanalıyan.

Bu vəsait kəndarası yollarda cari təmir işlərinin aparılmasına, kəndlərin adları yazılmış lövhələrin hazırlanaraq quraşdırılmasına, o cümlədən  yeni kəndarsaı yolların salınmasına xərclənib.

Bələdiyyədə şəffaflığın və hesabatlılğın təmin edilməsi məqsədi ilə cari ilin fevral ayından başlayaraq mütəmadi olaraq kənd sakinləri ilə görüşlər keçirilərək onlara bələdiyyənin fəaliyyəti barədə hesabat verilir. Bunun üçün bələdiyyə tərəfindən bukletdə nəşr edilrək sakinlərə paylanılıb.

Son görüş Sığdaş kəndində keçirilib. Keçirilən görüşdə kənd sakinləri  iştirak edərək bələdiyyənin ötən dövr ərzində gördüyü işlər və həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlandırılıblar. Eyni zamanda, sakinləri maraqlandıran məsələlər dinlənilib və onların sualları cavablandırılıb. Görüşlər silsilə şəkilində davam etdirilir.

Bələdiyyə sədri açıqlamasında bələdiyyə-icra münasibətlərinə də toxunub. Rauf Cəbiyev qeyd edib ki, bu gün rayonda bələdiyyə-icra münasibətləri digər rayonlara nümunə gətirilə biləcək bir səviyyədə qurulub. Rayon İcra Hakimiyyəti bələdiyyəni bir qurum olaraq tanıyır və yerlərdə seçkili orqan kimi çəki və nüfuzunun artırılmasına öz dəstəyini əsirgəmir.

Cari ildə artıq birinci rübü yola salmışıq. Birinci rüb ərzində 1.242 manatlıq əmlak vergisi, 1.126 manatlıq torpaq vergisi,  5.080 manatlıq torpaq icarəsi olmaqla cəmin 7449 manat əldə olunub.

Sədr Rauf Cəbiyev deyib ki, bu gün bələdiyyə olaraq sakinlərimizdən çox razıyıq. Çünki hər biri bələdiyyənin həyata keçirdiyi layihələri razılıqla qarşılayır və dəstəyini əsirgəmir. “Seçicilərimizə güvənərək cari ildə hədəfimiz daha yüksək rəqəmləri əldə etməkdir”- deyərək sədr açıqlamasını bu fikirlə tamamlayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyə sədri qəbul keçirib

Region
05-04-2026
410