Bu rayon bələdiyyələrində 73 faizlik azalma hansı maliyyə istiqamətindən olub?
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Qəbələ rayonunda formalaşan 12 bələdiyyənin büdcə gəliri 871.300 manat olub. Bu 2024-ci illə müqayisədə 31.9 faiz azdır. Qeyd edək ki, 2024-cü ildə 29 Qəbələ bələdiyyəsinin büdcə gəlirinin həcmi 1.278.900 manat olumuşdur.
Əldə edilən
gəlirin 35.7 faizi vergilərdən, 64.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin
26.3 faizi torpaq, 9.4 faizi əmlak vergisindən daxil olub.
Qəbələ bələdiyyələrinin
büdcə gəlirinin 36.4 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən
və istifadəyə verilməsindən daxil olub.
Qəbələ bələdiyyələrinə
mülkiyyətin özgəninkiləşdirilməsindən 208.600
manatlıq vəsait daxil olub. Bu da ötən illə müqayisədə 72.4 faiz az deməkdir. Büdcə gəlirlərinin 23.9 faizi məhz bu istiqamətdən
daxil olub.Ötən il ərzində Qəbələ bələdiyyələrinə 84 min manat dotasiya ayrılıb.
Qəbələ bələdiyyələrinin
bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmi 7.2 faiz azalıb.
Belə ki,
il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 108.700 manat maliyyə
vəsaiti daxil olub.
Mehmanxana,
turizm, kurort-sanatoriya xidmətlərindən 131.800 manat, bələdiyyələr tərəfindən
xüsusi ayrılmış torpaq sahələrində stasionar
və ya səyyar ticarətdən 16.600 manat maliyyə vəsaiti daxil olub.
Qəbələ bələdiyələrinə
bələdiyyə müəssisələrinin mənfəət vergisindən, avtodayanacaqlardan, daşınmaz əmlak
üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm
daxil olmayıb.
Göründüyü
kimi, Qəbələ rayonunda formalaşan 12 bələdiyyənin həm ümumi büdcə gəlirlərində,
həm də bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsində ciddi şəkildə azalma
müşahidə olunub. Təhlillər göstərir ki, bu azalma Əmlak Məsələləri Dövlət Xidmətinin
yerli qurumlarının “xidməti” sayəsində baş verib.
Belediyye.info
Rəylər
0 Rəy