Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-04-2026 , 18:39

171

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tural Ağammədov: “Bizə büdcə vəsaitini yalnız vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilməsi tövsiyə olunur”

“Hazırda bələdiyyədə vergi-uçot sisteminin qurulması başa çatdırılıb. Fəaliyyətə başladığımız gündən məqsədimiz BAMS proramında mövcud olan yalnışlıqları aradan qaldırmaq və vergi ödəyicilərin uçotunu dəqiqləşdirmək olub. Artıq sistemdə olan nöqsanlar aradan qaldırılıb. Bu gün bələdiyyə tərəfindən yaradılan işçi qrupu ərazidə vergi ödəyicilərinin siyahılarının dəqiqləşdirilməsi üçün  monitorinqə başlayıb” – bu fikirləri Belediyye.infoya Masallı bələdiyyəsinin sədri Tural Ağammədov deyib.

Sədrin sözlərinə görə, bələdiyyənin sədr müavinin rəhbərliyi ilə yaradılan işçi qrupu ilk olaraq “Bakı” küçəsindən başlayaraq həm sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, həm də fiziki şəxslərin monitorinqini aparmaqla bəzi uçota düşməyən və bəzən də yayınan şəxsləri müəyyən edərək uçota alınmasını təmin edir. Hazırda qeydiyyata düşən ödəyicilərin sayı dörd mindən artıq olsa da,  işçi qrupunun müşahidələrinə görə, monitorinq nəticəsində daha iki min yaxın ödəyicinin də qeydiyyata alınması gözlənilir. Bu prosesi az vaxt ərzində başa çatdırmaq niyyətindəyik.

Tural Ağammədov icra-probasiya ilə bağlı məsələlərin onlayn qaydada icrasının bələdiyyənin fəaliyyətinə müsbət şəkildə təsir etdiyini xüsusi ilə vurğulayıb.  Ötən illərdə bələdiyyə-icra-probasiya arasında hiss olunan “soyuqluq”  onlayn müraciətə keçidlə əlaqədar  artıq aradan qalxıb. Bu gün yaxşı haldır ki, rayon icra-probasiya qurumunda artıq hərəkətlilik hiss olunmaqdadır.  Bələdiyyə iclasının qərarı ilə vergi borcu yüz manatdan artıq olan vergi ödəyiciləri barəsində qanunun tələbinə uyğun olaraq bütün prosedur qaydalar yerinə yetirilmək şərti ilə tərtib edilmiş aktlar  müvafiq olaraq icra probasiyaya onlayn qaydada  göndərilir. Birinci rüb ərzində 150-dən artıq vergi ödəyiciləri barəsində tərtib olunmuş akt elektron qaydada icra-probasiyaya  göndərilib.  150 nəfərdən artıq vergi ödəyicisinin bələdiyyəyə olan borcunun həcmi təxminən 30 min manata yaxındır. Artıq hissə-hissə bu vəsait bələdiyyə büdcəsinə daxil olmaqdadır.

Hazırda büdcə gəlirlərinin 39 faiznin yerli vergilərdən daxil olmasına aydınlıq gətirən sədr bildirib ki, bunun üçün  ilk gündən bələdiyyədə strateji fəaliyyət proqramı təsdiqlənib. Bildirşlər göndərilməmiş? bildiriş sahibi haqqında mövcud məlumatlar dəqiqləşdirilir. Məlumat təsdiqini tapdıqda SMS-lə mövcud borc haqqında məlumat vergi ödəyicisinə göndərilir. Bildirişlər isə “xəbərnaməli” məktubla göndərilir. Poçtla bu proses uzlaşdırılaraq gün ərzində 30 nəfər vergi ödəyicisinə bildiriş məktubu göndərilir. Artıq bələdiyyədə təsdiq olunur ki, bildirişləri vergi ödəyiciləri alıblar. Bundan sonra bələdiyyədə yaradılmış “qaynar xəttdə” oturan vergi xidmətinin xanım əməkdaşı vergi ödəyicisi ilə danışaraq artıq izahat xarakterli söhbətlərə başlanılır.

Sədr deyib ki, çətin və bəzən də gərgin keçən söhbətin sonluğunda vergi ödənişi həyata keçirilir. Nəzərə alaq ki, 2025-ci ilə qədər bələdiyyə büdcəsinin gəlirlərində yerli vergilərin həcmi 5 faizi keçməmişdi. Bələdiyyənin yürütdüyü siyasətin nəticəsidir ki, büdcə gəlirlərində yerli vergilərin həcmi dəfələrlə artıb.

Aparılan ilkin təhlillərə görə sahibkarlıq subyektlərinin 70 faizədk, vətəndaşlara məxsus əmlakın isə 60 faziədək hissəsində çıxarışların olma ehtimalı var.

BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinə inteqrasiya edilməsinə görə, operativ şəkildə fəaliyyətə başladığımız müddətdə iki minə yaxın çıxarış onlayn qaydada alınıb. Bunların müəyyən bir hissəsi payıbəlli torpaqlara aid olsa da, bütün hallarda bu addımın atılması bələdiyyənin büdcə gəlirlərinin artımına mühüm təsiri olub.

Şəhər bələdiyyəsinin fəaliyyətində iz qoymaq üçün çalışdığını qeyd edən sədr bələdiyyənin inkişafında əsas məqamlardan biri onun dayanıqlı maliyyə mənbəyinə sahib olmasının zəruriliyini xüsusilə vurğulayıb. Bunun üçün bələdiyyə tərəfindən  MMC təsis edilib. Bələdiyyə iclasının qərarı ilə qeydiyyata alınan MMC-nin fəaliyyətinin çöxşaxəli olması nəzərdə tutulub. Bununla yanaşı  MMC-nin rayonda formalaşdırılan digər bələdiyyələrə də xidmət göstərməsinə də çalışacağıq.

Bu gün bələdiyyənin əsas problemi mülkiyyətin tanıtdırılması ilə bağlıdır.  Göndərilən müraciətlərin 90 faizinə müvafiq qurumdan imtina cavabı verilir. Və təəssüf ki, bu imtina cavablarının böyük əksəriyyəti, fikrimizcə, əsassızdır. Nəzərə alaq ki,  vətəndaş yüz ildən artıq yaşadığı əmlakı və həyətyanı torpaq sahəsini sənədləşdirmək istəyir, müvafiq qurum isə bu prosesi sadələşdirmək əvəzinə atılan hər bir addım əksinə prosesi daha da çətinləşdirir. Nəticə də isə vətəndaş bələdiyyədən narazı qalır.

Düşünmək olar ki, mövcud vəziyyətə aydılnlıq gətirilmiş olsa bələdiyyə büdcəsinə daxil olan vəsaitin həcmi dəfələrlə artmış olar və bələdiyyə əldə etdiyi vəsaitlə dayanıqlı maliyyə mənbəyinin yaradılmasında çətinlik çəkməz.  Bununla da bələdiyyənin sabit büdcə gəliri formalaşar. Bu gün fəaliyyətin xeyli bir hissəsi bələdiyyə mülkiyyətinin tanitdırılmasındakı problemlərin necə və hansı formada aradan qaldırılması ilə bağlı yollar axtarmağa gedir.

Bununla yanaşı etiraf edək ki, bu gün Masallı rayonunda bələdiyyə-icra münasibətləri  nümunə gətirilə biləcək bir səviyyədə qurulub. Bizə yalnız əldə olunan vəsaitin vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilməsi tövsiyə olunur.  

Belediyye.info  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər