Fidan Fərzəliyeva: “Büdcə gəlirlərinin artırılması istiqamətində müsbət dinamika müşahidə olunmuşdur”
“2026-cı ilin birinci yarısında Şabran bələdiyyəsində yerli büdcə gəlirlərinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerli vergi və ödənişlərin vaxtında toplanması, vergi ödəyiciləri ilə maarifləndirici görüşlərin keçirilməsi, vergi-uçot isisteminin təkmilləşdirilməsi və maliyyə intizamının gücləndirilməsi nəticəsində büdcə gəlirlərinin formalaşdırılması təmin edilmişdir”- bu fikirləri Belediyye.infoya Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva deyib.
Sədr
qeyd edib ki, büdcə vəsaitlərinin istifadəsində qənaətlilik, şəffaflıq və
qanunvericiliyin tələblərinə əməl olunması əsas prinsiplər kimi qorunmuşdur.
Bələdiyyə
büdcəsinin gəlirləri əsasən yerli vergi və ödənişlər, bələdiyyə mülkiyyətində
olan torpaq sahələri və digər qanunvericiliklə müəyyən edilmiş gəlir mənbələri
hesabına formalaşmışdır. Əldə olunan vəsaitlər bələdiyyənin inzibati fəaliyyətinin
təmin edilməsinə, abadlıq və quruculuq işlərinə, yaşıllıqların qorunmasına,
sosial tədbirlərin həyata keçirilməsinə, əhalinin müraciətlərinin həllinə və
yerli əhəmiyyətli layihələrin icrasına yönəldilmişdir.
Son
üç ilin göstəricilərinin təhlili onu deməyə əsas verir ki, büdcə gəlirlərinin
artırılması istiqamətində müsbət dinamika müşahidə olunmuşdur. Yerli gəlirlərin
artırılması üçün görülən tədbirlər, vergi intizamının möhkəmləndirilməsi, uçot
sisteminin təkmilləşdirilməsi və vətəndaşlarla əməkdaşlığın gücləndirilməsi nəticəsində
büdcənin gəlir bazasının genişləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə
edilmişdir. Bu da öz növbəsində bələdiyyənin yerli əhəmiyyətli layihələri daha
geniş şəkildə həyata keçirməsinə imkan yaratmışdır.
Sədr
Şabran bələdiyyəsinin əsas məqsədi yerli büdcə gəlirlərinin davamlı
artırılması, vergi və ödənişlərin yığım səviyyəsinin yüksəldilməsi, bələdiyyə əmlakından
səmərəli istifadə olunması və maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsidir.
Bununla
yanaşı, şəhərin abadlaşdırılması, küçə və məhəllələrin təmiz saxlanılması,
yaşıllıq zolaqlarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi, sosial layihələrin
həyata keçirilməsi, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğının
davam etdirilməsi, gənclər, təhsil müəssisələri və ictimaiyyətlə əməkdaşlığın
genişləndirilməsi əsas fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.
Fidan
Fərzəliyeva bildirib ki, hesabat dövründə büdcə vəsaiti hesabına və bələdiyyənin
təşkilatçılığı ilə bir sıra yerli əhəmiyyətli tədbirlər və layihələr həyata
keçirilmişdir.
Bu sıraya küçə və məhəllələrdə abadlıq və təmizlik işləri, yaşıllıqlara qulluq göstərilməsi, ağacəkmə aksiyalarının təşkili, ətraf mühitin mühafizəsinə yönəlmiş maarifləndirici tədbirlər, dövlət və əlamətdar günlərlə bağlı ictimai tədbirlərin keçirilməsi, şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının mütəmadi ziyarət olunması, həssas sosial qruplara dəstəyin göstərilməsi, təhsil müəssisələri ilə birgə maarifləndirici görüşlərin təşkili və vətəndaş müraciətlərinin operativ həlli istiqamətində görülmüş işləri aid etmək olar.
Eyni
zamanda, bələdiyyə tərəfindən müxtəlif dövlət qurumları və ictimai təşkilatlarla
əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirilmiş, şəhərin
sosial-iqtisadi inkişafına töhfə verən təşəbbüslər dəstəklənmişdir.
Şabran bələdiyyəsi bundan sonra da yerli özünüidarəetmə prinsiplərinə uyğun olaraq əhalinin rifahının yüksəldilməsi, büdcə gəlirlərinin artırılması, maliyyə şəffaflığının təmin edilməsi və şəhərin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy