Zeynəlabdin Zeynalov: “İlin sonunadək bələdiyyə tərəfindən məhəllədaxili yollarda təmir işlərinin aparılması davam etdiriləcəkdir”
“Cari ildə Yeddioymaq bələdiyyəsi məhəllədaxili yollarda cari təmir işlərinin aparılmasını həyata keçirib”- bu fikirləri Belediyye.infoya Masallı rayonu, Yeddioymaq bələdiyyəsinin sədri Zeynəlabdın Zeynalov deyib.
Sədr qeyd edib ki, sakinlərin müraciətinə hər zaman bələdiyyə
iclasında diqqətdə yanaşılır. Qaldırılan məsələlərin bir çoxu məhəllədaxili
yolların bərpası ilə bağlı olub.
Müvafiq müəssisələrdən texnika cəlb etməklə üç kilometrdən
artıq məhəllədaxili yollara çınqıl tökülərək yayılmışdır.
İlin sonunadək bələdiyyə tərəfindən məhəllədaxili yollarda təmir
işlərinin aparılması davam etdiriləcəkdir.
Bələdiyyə tərəfindən həyata keçirilən bu layihələr sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.
Belediyye.info
Rəylər
0 Rəy