Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-06-2026 , 23:17

165

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rauf Cəbiyev: Kolatan bələdiyyəsi vətəndaş məmnunluğunun təmin edilməsi üçün ciddi şəkildə çalışır


“Bələdiyyənin əsas vəzifəsi bu gün inzibati ərazi daxilində vətəndaş məmnunluğunu təmin etmək olmalıdır”- bu fikirləri Masallı rayonu, Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyev deyib.

Sədr qeyd edib ki,  vətəndaş məmnunluğunu təmin etmək üçün ilk növbədə bələdiyyə ərazisində təmizliyin təmin edilməsi ilə yanaşı, həm də gənc və yeniyetmələrin asudə vaxtının təmin edilməsidir.

Bu gün bələdiyyənin təşkilatçılığı ilə bələdiyyənin mərkəzi küçələri gün ərzində alaq otlarından təmizlənmiş, ərazi bərk məişət tullantılarından təmizlənmişdir.

Bununla yanaşı asudə vaxtının təmin edilməsi üçün bir stadion istifadəyə verilmiş, hazırda növbəti stadionun istifadəyə verilməsi nəzərdə tutulur. 70 sotluq ərazi dəmir torla hasarlanmış, müxtəlif idman qurğularının quraşdırılması həyata keçirilir. Ərazidə gənclərin idmanla məşğul olması üçün həm futbol, həm də voleybol   meydançası istifadəyə hazırlanır.

Kolatan bələdiyyəsi vətəndaş məmnunluğunun təmin edilməsi üçün ciddi şəkildə çalışır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026
745