Eyvaz Orucov: “Vətəndaş məmnunluğunun təmin edilməsi üçün....”
“Bələdiyyə tərəfindən nəzərdə tutulan layihələrin icrası bütün hallarda maliyyə vəsaiti tələb edir. Odur ki, bələdiyyənin vergi xidməti büdcə gəlirlərinin artırılması üçün ciddi şəkildə çalışır və Bələdiyyələrin Vahid İnformasiya Sistemin verdiyi bütün imkanlardan yararlanır. Məhz bu fəaliyyətin nəticəsidir ki, büdcə gəlirlərində artıma nail olunub”- bu fikirləri Belediyye.infoya Qax bələdiyyəsinin sədri Eyvaz Orucov deyib.
2024-cü ilin səkkiz ayında əldə edilən büdcə gəlirlərinə
toxunan sədr qeyd edib ki, həmin il büdcəyə daxil olan 70.993 manatın
21.770 manatı əmlak vergisindən, 9.331 manatı torpaq vergisindən, 40
manatı mehmanxana rüsumlarından, 22.307 bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,
3.210 sahibkarlıq fəaliyyətindən, 6.535 stasionar və səyyar ticarətdən və 7.800
dotasiyadan daxil olub.
2024-cü ilin səkkiz ayı ilə müqayisədə 2026-cı ilin
səkkiz ayında büdcə gəlirində 41 faizlik
artım olub.
Sədr qeyd edib ki, 2026-ci ilin səkkiz ayında isə əldə edilən 100.473 manatın 27.628 manatı əmlak
vergisindən, 11.550 manatı torpaq vergisindən 60 manatı mehmanxana rüsumlarından,
38.220 torpaq satışından, 3.680 sahibkarlıq fəaliyyətindən , 7.335 stasionar və
səyyar ticarətdən və 12.000 dotasiyadan daxil olub.
Eyvaz Orucov qeyd edib ki, vətəndaş məmnunluğunun təmin edilməsi üçün ilin sonunadək büdcə vəsaitlərinin həcminin artım tempi ilə davam etməsini nəzərdə tuturuq.
Belediyye.info
Rəylər
0 Rəy