Bilik günündə Saatlı bələdiyyəsi növbəti sosial aksiyaya imza atıb
Bilik Günü münasibətilə Saatlı Bələdiyyəsi tərəfindən Saatlı rayonu, Mollavaizli və Qazanbatan kəndlərindən olan sosial həssas əhali qruplarına, o cümlədən aztəminatlı ailələrə diqqət və qayğının göstərilməsi məqsədilə tədbir həyata keçirilib.
Tədbir çərçivəsində aztəminatlı ailələrin məktəbli
övladlarına yeni tədris ili ilə bağlı məktəb ləvazimatları və zəruri tədris
vasitələrindən ibarət yardım göstərilib , eyni zamanda həssas təbəqədən olan şəxslərin müraciəti təmin
edilərək ərzaq yardımı edilib.
Saatlı Bələdiyyəsinin sədri Aqil Heydərov ailələrlə görüşərək
uşaqları yeni dərs ili münasibətilə təbrik edib, onlara təhsildə uğurlar, yüksək
nəticələr və sağlam gələcək arzulayıb.
Bələdiyyə sədri tərəfindən bildirilib ki, uşaqların təhsilə əlçatanlığının dəstəklənməsi, sosial həssas ailələrə diqqət göstərilməsi və onların problemlərinin həllinə mümkün töhfənin verilməsi fəaliyyətin əsas istiqamətlərindən biridir və Saatlı Bələdiyyəsi bundan sonra da əhalinin sosial rifahının yüksəldilməsi, aztəminatlı ailələrin və uşaqların dəstəklənməsi istiqamətində müxtəlif sosial təşəbbüsləri davam etdirəcək.
Saatlı bələdiyyəsi
Rəylər
0 Rəy