Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2026 , 13:45

74

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tural Ağammədov: “Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub”


 “Cari ilin avqust ayında Masallı bələdiyyəsi olaraq əldə etdiyimiz vəsaitin həcmi 78.660 manata bərabər olub. Əldə edilən vəsaitin 24.697 manatı əmlak vergisindən,  14.401 manatı   torpaq vergisindən,  39.000 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən,  561 manatı mehmanxana rüsumlarından daxil olub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Tural Ağammədov deyib.

Sədr deyib ki, 2024-cü illə müqayisədə cari ilin avqust ayında büdcə gəlirlərində  60 faizlik artım müşahidə olunub. Belə ki, 2024-ci ilin avqust ayında  əldə edilən 48.925 manatın  12.195 manatı  əmlak vergisindən, 2.970 manatı torpaq vergisindən,  33.760 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olmuşdur.

Sədr qeyd edib ki,  əmlak vergisində 102 faizlik, torpaq vergisində isə 3.9 dəfəlik artım müşahidə olunub.

Sədr bildirib ki, əsas məqsədimiz büdcə gəlirlərini artırmaqla vətəndaş məmnunluğunu təmin etməyə çalışmaqdır. Odur ki, bu gün vergi xidmətinin əməkdaşları tərəfindən bələdiyyənin vergi uçot sistemindəki çatışmazlıqlar, təkrarçılıq halları, habelə  vergi ödəyicilərinin əlaqə məlumatlarının dəqiqləşdirilməsi həyata keçirilir.

İnanırıq ki, kollektivin birgə səyi ilə qarşıya qoyulan məqsədə çatacağıq.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər