Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-09-2026 , 12:13

136

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Atabala Şeydayev: “Layihə sakinlərin müraciəti əsasında həyata keçirilir”

 “Bələdiyyə olaraq əsas məqsədimiz seçicilərimizə layiqincə xidmət etməklə vətəndaş məmnunluğunun təmin edilməsinə töhfəmizi verməkdir”- bu fikirləri Belediyye.infoya Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.

Sədr qeyd edib ki, hazırda sakinlərin müraciəti əsasında bələdiyyənin əhatə etdiyi kəndlərə gediş-gəlişi nizama salmaq üşün bir sıra layihələr icra edilməkdədir.

Bələdiyyənin təsis etdiyi “Uğur Pirəbədil” MMC -nin işçi qüvvəsi ilə bələdiyyənin inzibati ərazisində daxil olan Mumlu kəndinə gedən yollar, o cümlədən məhəllə daxili yollarda təmir bərpa işləri aparılır. Sədr qeyd edib ki, sakinlərin müraciəti bələdiyyə iclasında müzakirəyə çıxarılaraq problemin həlli ilə bağlı qərar qəbul edilmişdir.  Artıq uzun müddətdir ki, bələdiyyənin təşkilatçılığı ilə bələdiyyəni əhatə edən kəndlərdə təmir-bərpa işləri həyata keçirilməkdədir.  Haqqında danışılan layihənin yaxın günlərdə yekunlaşdırılacağı nəzərdə tutulur.

Sədr bildirib ki, Pirəbədil bələdiyyəsinin kollektivi  bundan sonra da bələdiyyəni əhatə edən kəndlərdə  vətəndaş məmnunluğunu təmin etmək üçün var qüvvəsi ilə çalışacaqdır. 

Xatırladaq ki, Pirəbədil bələdiyyəsi  irili-xırdalı 38 kəndi əhatə edir. Hazırda bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər