Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-02-2026 , 00:42

491

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ruslan Əhmədov: “Büdcə gəlirinin 25 faizə yaxın hissəsini yerli vergilər təşkil edib”

"Bərdə bələdiyyəsi  ötən dövr ərzində rayonda aparılan tikinti-abadlıq işlərində yaxından iştirak etmiş, yerli məsələlərin həlli istiqamətində ciddi addımlar atmışdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədi Ruslan Əhmədov deyib.

Büdcə gəlirlərinə toxunan sədr bildirib ki, 2025-ci ildə bələdiyyə büdcəsinin gəlirləri 233.163 manat olub ki, onunda 41.202 manatı icarəyə verilmiş torpaqlardan icarə haqqından, 34.299 manat fiziki şəxslərdən əmlak vergisindən,  4.743 manatı fiziki şəxslərdən torpaq vergisindən, 113.418 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olub. Bununla yanaşı dövlət büdcəsindən 36.000 manat dotasiya ayrılıb. Həmçinin 2025-ci ilin büdcə qalığı 61.687 manat təşkil edir.

Ruslan Əhmədov xüsusilə vurğulayıb ki, dotasiyanı əlavə etməsək büdcə gəlirinin 25 faizə yaxın hissəsini yerli vergilər təşkil edib. Bu da ötən illərlə müqayisədə xeyli artıqdır. Göründüyü kimi. il ərzində vergilərin yığılmasında ən çox irəliləyiş fiziki şəxslərdən toplanan əmlak və torpaq vergisi ödənişində müşahidə edilib.

2025-ci ildə bələdiyyə büdcəsindən 173.768 manat vəsait xərclənib. Əmək haqqı və onunla bağlı sair ödəmələrə 89.792 manat, poçt xidmətlərinə 739 manat, DSMF-na 22179 manat, İcbari tibbi sığorta haqqına 3539 manat, Azərbaycan şəhər bələdiyyələrinin Milli Assosasiyasına 7761 manat və digər xərclər 49756 manat vəsait sərf olunub. İllik əməyin ödəniş fondu ümumi xərclərin 46.65 %-i təşkil edib.

Sədr təəsüf hissi ilə bildirib ki, bələdiyyəyə bu günə qədər torpaqlar üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmamışdır. Bələdiyyənin perspektiv inkişaf fonduna torpaq sahəsi yoxdur. İl ərzində bələdiyyə ərazisindəki park, bağ, küçə və yolların təmiri və abadlaşdırılmasına ümumilikdə 46123 manat xərclənib. Belə ki, Şəhidlər Xiyabanında, Heydər Əliyev adına parkda və Qəhramanlar parkında bərpa-təmir işləri, şəhərin H.Əliyev prospektində 154 ədəd taxta qapılarının rənglənməsi, Atatürk və Q.B.Zakir küçələrində yolların hamarlanması və çınqılla örtülməsi, Natəvan, M.Müşfiq, Ə.Ədilov və digər küçələrdə nəqliyyatın gediş gəlişinə maneçilik törədən ağacların budanması və sağ və sol hissəsindəki alaq otlarının biçilməsi və təmizlənməsi kimi işlər görülmüşdür.

Bələdiyyənin önəm verdiyi istiqamətlərdən ən vacibi imkansız və kimsəsiz şəxslərə maddi yardımların verilməsidir. Bu işlər pul, material, ərzaq yardımları və dəfn-yas mərasimlərinə edilən yardımlar şəklində  həyata keçirilir. Ötən il 7 nəfərə 1100 manat həcmində maddi yardım göstərilib.

Sədr qeyd edib ki, 2025-ci ildə bələdiyyənin 39 iclası keçirilib, iclaslarda 174 məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Müzakirə edilmiş məsələlərdən 24-ü mülkiyyətə torpaq sahəsinin ayrılması, 5-i subicarəyə verilməsi ilə, 145-i isə maliyyə vəsaitinin ayrılmasına, təşkilati və digər məsələlərlə bağlı olmuşdur. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib.

Bələdiyyəyə 2025-ci ildə vətəndaşlardan 79 müraciət daxil olub. Müraciətlərdən 6-ı maddi yardımla, 16-ı sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması, 20-i həyətyanı torpaq sahəsi ayrılması, 37-i isə müxtəlif  mövzularla əlaqədardır.  

Fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaqla bağlı 20, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi almaqla bağlı 16 müraciət müsbət həllini tapıb, qalan ərizələrə qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış yazılı cavablar göndərilib. 43 ərizə sorğu, şikayət və məlumat xarakterli olduğu üçün araşdırılaraq vətəndaşlarla izahat verilmişdir. Hesabat dövründə 522 nəfər vətəndaş bələdiyyə sədri tərəfindən fərdi şəkildə qəbul edilib.

Qəbulda irəli sürülən müxtəlif müraciətlər bələdiyyənin daimi komissiyaları tərəfindən araşdırılaraq həllini tapıb. Qəbulda olan vətəndaşlara hüquqi yardımlar göstərilmiş və aidiyatı üzrə digər qurumlara müraciət etmələri tövsiyyə olunmuşdur.

Sədr sonda qeyd edib ki, Bərdə bələdiyyəsi fəaliyyətini genişləndirmək, yerli məsələlərin həllində  fəaliyyətini  daha da gücləndirmək üçün bundan sonra da bütün qüvvələri səfərbər edəcəkdir.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər