Ruslan Əhmədov: “Büdcə gəlirinin 25 faizə yaxın hissəsini yerli vergilər təşkil edib”
"Bərdə bələdiyyəsi ötən dövr ərzində rayonda aparılan tikinti-abadlıq işlərində yaxından iştirak etmiş, yerli məsələlərin həlli istiqamətində ciddi addımlar atmışdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədi Ruslan Əhmədov deyib.
Büdcə gəlirlərinə toxunan sədr bildirib ki, 2025-ci ildə bələdiyyə büdcəsinin gəlirləri 233.163 manat olub ki, onunda 41.202 manatı icarəyə verilmiş torpaqlardan icarə haqqından, 34.299 manat fiziki şəxslərdən əmlak vergisindən, 4.743 manatı fiziki şəxslərdən torpaq vergisindən, 113.418 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olub. Bununla yanaşı dövlət büdcəsindən 36.000 manat dotasiya ayrılıb. Həmçinin 2025-ci ilin büdcə qalığı 61.687 manat təşkil edir.
Ruslan
Əhmədov xüsusilə vurğulayıb ki, dotasiyanı əlavə etməsək büdcə gəlirinin 25
faizə yaxın hissəsini yerli vergilər təşkil edib. Bu da ötən illərlə müqayisədə
xeyli artıqdır. Göründüyü kimi. il ərzində vergilərin yığılmasında ən çox irəliləyiş
fiziki şəxslərdən toplanan əmlak və torpaq vergisi ödənişində müşahidə edilib.
2025-ci
ildə bələdiyyə büdcəsindən 173.768 manat vəsait xərclənib. Əmək haqqı və onunla
bağlı sair ödəmələrə 89.792 manat, poçt xidmətlərinə 739 manat, DSMF-na 22179
manat, İcbari tibbi sığorta haqqına 3539 manat, Azərbaycan şəhər bələdiyyələrinin
Milli Assosasiyasına 7761 manat və digər xərclər 49756 manat vəsait sərf olunub.
İllik əməyin ödəniş fondu ümumi xərclərin 46.65 %-i təşkil edib.
Sədr
təəsüf hissi ilə bildirib ki, bələdiyyəyə bu günə qədər torpaqlar üzərində
mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmamışdır. Bələdiyyənin
perspektiv inkişaf fonduna torpaq sahəsi yoxdur. İl ərzində bələdiyyə ərazisindəki
park, bağ, küçə və yolların təmiri və abadlaşdırılmasına ümumilikdə 46123 manat
xərclənib. Belə ki, Şəhidlər Xiyabanında, Heydər Əliyev adına parkda və Qəhramanlar
parkında bərpa-təmir işləri, şəhərin H.Əliyev prospektində 154 ədəd taxta
qapılarının rənglənməsi, Atatürk və Q.B.Zakir küçələrində yolların hamarlanması
və çınqılla örtülməsi, Natəvan, M.Müşfiq, Ə.Ədilov və digər küçələrdə nəqliyyatın
gediş gəlişinə maneçilik törədən ağacların budanması və sağ və sol hissəsindəki
alaq otlarının biçilməsi və təmizlənməsi kimi işlər görülmüşdür.
Bələdiyyənin
önəm verdiyi istiqamətlərdən ən vacibi imkansız və kimsəsiz şəxslərə maddi
yardımların verilməsidir. Bu işlər pul, material, ərzaq yardımları və dəfn-yas
mərasimlərinə edilən yardımlar şəklində
həyata keçirilir. Ötən il 7 nəfərə 1100 manat həcmində maddi yardım göstərilib.
Sədr
qeyd edib ki, 2025-ci ildə bələdiyyənin 39 iclası keçirilib, iclaslarda 174 məsələ
müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Müzakirə edilmiş məsələlərdən
24-ü mülkiyyətə torpaq sahəsinin ayrılması, 5-i subicarəyə verilməsi ilə, 145-i
isə maliyyə vəsaitinin ayrılmasına, təşkilati və digər məsələlərlə bağlı
olmuşdur. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər
müzakirə edilib.
Bələdiyyəyə
2025-ci ildə vətəndaşlardan 79 müraciət daxil olub. Müraciətlərdən 6-ı maddi
yardımla, 16-ı sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması, 20-i həyətyanı
torpaq sahəsi ayrılması, 37-i isə müxtəlif
mövzularla əlaqədardır.
Fərdi
mənzil tikintisi üçün torpaq sahəsi almaqla bağlı 20, sahibkarlıq fəaliyyəti
üçün torpaq sahəsi almaqla bağlı 16 müraciət müsbət həllini tapıb, qalan ərizələrə
qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış yazılı cavablar göndərilib.
43 ərizə sorğu, şikayət və məlumat xarakterli olduğu üçün araşdırılaraq vətəndaşlarla
izahat verilmişdir. Hesabat dövründə 522 nəfər vətəndaş bələdiyyə sədri tərəfindən
fərdi şəkildə qəbul edilib.
Qəbulda
irəli sürülən müxtəlif müraciətlər bələdiyyənin daimi komissiyaları tərəfindən
araşdırılaraq həllini tapıb. Qəbulda olan vətəndaşlara hüquqi yardımlar göstərilmiş
və aidiyatı üzrə digər qurumlara müraciət etmələri tövsiyyə olunmuşdur.
Sədr sonda qeyd edib ki, Bərdə bələdiyyəsi fəaliyyətini genişləndirmək, yerli məsələlərin həllində fəaliyyətini daha da gücləndirmək üçün bundan sonra da bütün qüvvələri səfərbər edəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy