Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-01-2026 , 21:50

542

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: “Bələdiyyələr dövlətçilik prinsiplərinə söykənərək sosial-iqtisadi inkişafın təmin olunmasında fəal iştirak edirlər”

Bu gün Yeni Azərbaycan Partiyasının 2025-ci ilə dair hesabat yığıncağı keçirilib. Tədbirdə partiyanın fəaliyyətinin əsas istiqamətləri, qarşıda duran vəzifələr və həyata keçirilən layihələr müzakirə olunmuşdur. Tədbir çərçivəsində Şabran bələdiyyəsinin əməkdaşlarına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri rəsmi şəkildə təqdim edilib.” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyev deyib.

Sədr qeyd edib ki, bu addım YAP ilə yerli özünüidarəetmə orqanları arasında mövcud olan möhkəm, etibarlı və davamlı əməkdaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirilməlidir.

Tədbirdə qeyd olunub ki, bələdiyyələr YAP-ın ideoloji xəttini və dövlətçilik prinsiplərini rəhbər tutaraq yerli səviyyədə sosial-iqtisadi inkişafın təmin olunmasında fəal iştirak edirlər.

Tədbirin sonunda YAP-ın qarşıdakı dövrdə də bələdiyyələrlə əməkdaşlığını daha da genişləndirərək ölkəmizin davamlı inkişafına, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə və vətəndaşların rifahının yüksəldilməsinə töhfə vermək əzmində olduğu qeyd edilib.

Belediyye. info 





Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər