Fidan Fərzəliyeva: “Bələdiyyələr dövlətçilik prinsiplərinə söykənərək sosial-iqtisadi inkişafın təmin olunmasında fəal iştirak edirlər”
“Bu gün Yeni Azərbaycan Partiyasının 2025-ci ilə dair hesabat yığıncağı keçirilib. Tədbirdə partiyanın fəaliyyətinin əsas istiqamətləri, qarşıda duran vəzifələr və həyata keçirilən layihələr müzakirə olunmuşdur. Tədbir çərçivəsində Şabran bələdiyyəsinin əməkdaşlarına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri rəsmi şəkildə təqdim edilib.” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyev deyib.
Sədr
qeyd edib ki, bu addım YAP ilə yerli özünüidarəetmə orqanları arasında mövcud
olan möhkəm, etibarlı və davamlı əməkdaşlıq münasibətlərinin bariz nümunəsi
kimi qiymətləndirilməlidir.
Tədbirdə
qeyd olunub ki, bələdiyyələr YAP-ın ideoloji xəttini və dövlətçilik prinsiplərini
rəhbər tutaraq yerli səviyyədə sosial-iqtisadi inkişafın təmin olunmasında fəal
iştirak edirlər.
Tədbirin sonunda YAP-ın qarşıdakı dövrdə də bələdiyyələrlə əməkdaşlığını daha da genişləndirərək ölkəmizin davamlı inkişafına, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə və vətəndaşların rifahının yüksəldilməsinə töhfə vermək əzmində olduğu qeyd edilib.
Belediyye. info
Rəylər
0 Rəy