Dəyirmi masa Saatlı bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub
16 oktyabr 2025-ci ildə Saatlı Gənclər Evində Saatlı bələdiyyəsinin təşkilatçılığı ilə "Məişət zorakılığına məruz qalan qadınların yerləşdirilməsi üçün sığınacaqların yaradılması" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Saatlı RİH-nin əməkdaşları, rayonda formalaşan bələdiyyələrin sədrləri, icra nümayəndələri, Saatlı RPŞ-nin əməkdaşları iştirak ediblər.
Tədbirdə
çıxış edən Saatlı RİH başçısının müavini Mehriban Ağayeva məişət zorakılığından
əziyyət çəkən qadınların sayı barədə rayon üzrə statistik göstəricilər haqqında
danışıb. Saatlı Bələdiyyəsinin sədri Aqil Heydərov mövzunun aktuallığından
danışaraq həlli yolları barədə məlumat verib. Bələdiyyə sədrinin ictimai əsaslarla
müavini, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi
Firuzə Əliyeva sığınacaqların yaradılması üçün bələdiyyələrin və əlaqədar
qurumların birgə fəaliyyətinin önəmindən danışıb və bu istiqamətdə "Bələdiyyələrin statusu haqqında"
Qanuna əsasən bələdiyyələrin həyata keçirə biləcəyi funksiyalar haqqında məlumat
verib. Sığınacaqların yaradılması üçün yerli icra hakimiyyətlərinin
subvensiyalarının, xeyriyyə fondlarının cəlb edilməsinin, donor təşkilatların
işə cəlbinin məsələnin maliyyə tərəfinin həllində önəmli rolu olduğunu qeyd
edib.
Saatlı
RPŞ-nin polis əməkdaşı Qorxmaz Mirzəyev daxil olan zorakılıq faktlarından, məsələnin
həllində əlaqəli şəkildə çalışmağın əhəmiyyətindən danışıb.
Çıxış edən icra nümayəndələri və bələdiyyə sədrləri təkliflərini irəli sürərək mövzu haqqında fikirlərini səsləndiriblər.
Rəylər
0 Rəy