İlham Səfərov: “Bələdiyyənin vergi xidmətinin fəaliyyəti nəticəsində büdcə gəlirlərində 40 faiz artım olub”
“Şirvan bələdiyyəsi vətəndaş məmnunluğunun təmin edilməsi üçün daim öz töhfəsini verməyə çalışır”-bu fikirləri Şirvan bələdiyyəsinin sədri İlham Səfərov bildirib.
Bələdiyyənmin doqquz aylıq fəaliyyətinə toxunan sədr bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi üçün ilk növbədə büdcə gəlirlərini artırmağa çalışır.
Bələdiyyənin vergi xidmətinin fəaliyyətinin nəticəsidir ki,
ötən ilin doqquz
ayı ilə müqayisədə cari ilin doqquz
ayı ərzində əmlak, torpaq və icarə haqlarının yığımında 40 fazilik artım
olub.
Əlavə
edim ki, 2024-cü ilin müvafiq dövründa əmlak vergisinin həcmi 62.063 manat, torpaq vergisinin həcmi 20.412 manat, icarə haqqlarının həcmi 12.713 icarə haqqı olmaqla, cəmi 95.190 manat toplanılıb.
Bu rəqəmlər
cari ilin doqquz ayı ərzində isə müvafiq olaraq 109.912 manatlıq əmlak vergisi, 33.550
manatlıq torpaq vergisi, 17.118 manatlıq icarə yığılıb. Ümumilikdə isə cəmi 160.581 manat toplanılıb.
Əlavə
edək ki, əmlakın özgəninkiləşdirilməsindən bələdiyyəyə 140.000 manata yaxın vəsaiti daxil olub.
Hazırda
bələdiyyənin əldə etdiyi 40 faizlik artım məhz BAMS-da tətbiq edilən yeniliklərin, istər SMS
xidmətinin tətbiqi, istərsə də BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat
sisteminə inteqrasiya edilməsi nəticəsində əldə olunub.
Bu
gün bələdiyyənin vergi xidməti icra-probasiya xidməti ilə ciddi şəkildə işləyərək
borclu vətəndaşların vergiyə çəlb edilməsi istiqamətində addımlar atır.
Hazırda
əldə edilən vəsait sakinlərin qaldırdığı problemlərin həllinə yönəldilir. Şirvan
bələdiyyəsinin əsas məqsədi də məhz bu məsələlərin
həllinə yönəldilir.
Belediyye.info
Rəylər
0 Rəy