Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-10-2025 , 22:24

836

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İlham Səfərov: “Bələdiyyənin vergi xidmətinin fəaliyyəti nəticəsində  büdcə gəlirlərində 40 faiz artım olub”

Şirvan bələdiyyəsi vətəndaş məmnunluğunun təmin edilməsi üçün daim öz töhfəsini verməyə çalışır”-bu fikirləri Şirvan bələdiyyəsinin sədri İlham Səfərov bildirib.

Bələdiyyənmin doqquz aylıq fəaliyyətinə toxunan sədr bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi üçün ilk növbədə  büdcə gəlirlərini artırmağa çalışır.

Bələdiyyənin vergi xidmətinin fəaliyyətinin nəticəsidir ki, ötən ilin doqquz ayı ilə müqayisədə cari ilin doqquz ayı ərzində əmlak, torpaq və icarə haqlarının yığımında 40 fazilik artım olub.

Əlavə edim ki, 2024-cü ilin müvafiq dövründa əmlak vergisinin həcmi  62.063 manat, torpaq vergisinin həcmi  20.412 manat,  icarə haqqlarının həcmi  12.713 icarə haqqı olmaqla, cəmi  95.190 manat toplanılıb.

Bu rəqəmlər cari ilin doqquz ayı ərzində isə müvafiq olaraq  109.912 manatlıq əmlak vergisi, 33.550 manatlıq torpaq vergisi,  17.118  manatlıq icarə yığılıb. Ümumilikdə isə  cəmi 160.581 manat toplanılıb.  

Əlavə edək ki, əmlakın özgəninkiləşdirilməsindən bələdiyyəyə  140.000 manata yaxın vəsaiti daxil olub.

Hazırda bələdiyyənin əldə etdiyi 40 faizlik artım məhz  BAMS-da tətbiq edilən yeniliklərin, istər SMS xidmətinin tətbiqi, istərsə də BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi nəticəsində əldə olunub.

Bu gün bələdiyyənin vergi xidməti icra-probasiya xidməti ilə ciddi şəkildə işləyərək borclu vətəndaşların vergiyə çəlb edilməsi istiqamətində addımlar atır.

Hazırda əldə edilən vəsait sakinlərin qaldırdığı problemlərin həllinə yönəldilir. Şirvan  bələdiyyəsinin əsas məqsədi də məhz bu məsələlərin həllinə yönəldilir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər