Altun Quluyev: “Sakinlərin müraciətini nəzərə alaraq qəsəbəmizin əsas mərkəzi küçəsi muassir üslubda işıqlandirilması həyata keçirilmişdir”
“Bu gün Aşağı Ağcakənd bələdiyyəsinin əsas məqsədi vətəndaş məmnunuğunun təmin edilməsidir. Hazırda yaşayış məntəqəsində RİH tərəfindən görülən işlərə dəstək olmaq üçün bələdiyyədə öz töhfəsini verməkdədir”- bu fikirləri Belediyye.infoya Göranboy rayonu Aşağı Ağcakənd bələdiyyəsinin sədri Altun Quluyev deyib.
Sədr
bildirib ki, sakinlərin müraciətini nəzərə alaraq qəsəbəmizin əsas mərkəzi küçəsi
muassir üslubda işıqlandirilması həyata keçirilmişdir. Hələlik layihə qəsəbənin
mərkəzi hissəsində həyata keçirilib. Maliyyə
imkanları çərçivəsində ilin sonunadək digər küçələrin işıqlandırılmasını həyata
keçirməyi planlaşdırır.
Sədr qeyd edib ki, hazırda bələdiyyənin doqquz nəfər üzvü var. Üzvlərin hər biri bələdiyyənin fəaliyyətinə öz dəstəyini göstərməyə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy