Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2025 , 21:29

1066

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İcra başçısı və bələdiyyə sədri layihənin yekununa baxış keçiriblər

“Şəhidlərin Anım Günü ərəfəsində A. Məmmədov küçəsində yerləşən xeyir-şər mağarında təmir işləri Mingəçevir bələdiyyəsi tərəfindən yekunlaşdırılıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar İsmayılov deyib.

Sədr qeyd edib ki, təmir işləri həmin binada yaşayan şəhid ailəsinin müraciəti əsasında baş tutub.    Mağarda rahatlığın təmin edilməsi məqsədi ilə yan hissələrə dörd pəncərə yerləşdirilib və açıq hissələri dikt taxta ilə örtülüb.

Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər bələdiyyəsinin sədri Anar İsmayılov, şəhid ailələri və sakinlərin iştirakı ilə təmirdən sonra mağara baxış keçirilib.

 Sədr daha sonra qeyd edib ki, bələdiyyə bundan sonra da bir sıra belə sosial layihələr icra etməyi planlaşdırıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər