Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2025 , 18:46

1246

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Məqsədimiz vətəndaş məmnuluğunun təmin edilməsidir

19 yanvar 2025-ci il tarixində keçirilən seçkilərdə Qara Nuru bələdiyyəsinə 13 nəfər bələdiyyə  üzv seçilmişdir. Qeyd edək ki, onlardan 5 nəfəri qadın üzvləridir. Birləşdirmə sayəsində Qara Nuru bələdiyyəsinə Şirinbəyli, Sarıcalar və Əbil kənd bələdiyyələri birləşdirildi.19 fevral 2025-ci il tarixində bələdiyyənin ilk iclası keçirilmiş, iclas da bütün bələdiyyə üzvlərinin səs verməsi nəticəsində bələdiyyə üzvləri arasında  hamıdan çox səs toplamış, Məhərrəmov Azər Fərzulla oğlu sədr, Osmanlı Səbri Nadir oğlu və Əmənov İlqar Əşrəf oğlu da müavin seçilmişdir.

Bələdiyyədə işlərin qanun tələblərinə uyğun qurulması, vətəndaşların şikayət və tələblərinin vaxtında araşdırılması maliyyə və hesabat işlərinin qanuna uyğun tənzimlənməsi üçün bələdiyyə icra orqanının yaradılması, bələdiyyə qulluqçularının işə götürülməsi üçün bələdiyyə üzvlərindən ibarət, bələdiyyə qulluğuna işçi qəbul olunması üçün 21.05.2025-ci il tarixdə müsabiqə komissiyası yaradılmış. Bu komissiyaya işçi qəbul olunarkən kənardan heç bir müdaxilə olunmaması üçün bütün şərait yaradılmışdır. Müsabiqə komissiyyası qısa bir zamanda iclas keçirərək komissiyyanın sədr və müavinin seçərək öz səlahiyyətləri çərçivəsində işə başlamışlar. Bundan sonra müsabiqə komissiyası Bələdiyyədə olan vakant yerlər barədə elanlar dərc edərək, bələdiyyə ərazisində yəni Qara Nuru bələdiyyəsinə birləşdirilmiş, olan Şirinbəyli, Sarıcalar və Əbil kəndlərində əhalinin sıx toplandığı yerlərdə, elanlar asaraq bələdiyyədə olan iş yerləri və tələb olunan işlər barədə məlumat yerləşdirmişlər. Bu elanlardan sonra bələdiyyəmizə işə qəbul olmaq üçün 15 nəfər vətəndaş müraciət etmiş, onlardan müsabiqə komissiyası tərəfindən 4 nəfər bələdiyyə ərazisində yaşayan vətəndaşlar, Bələdiyyəmizə işə qəbul olunmuşdur. Müsabiqə komissiyası tərəfindən həmin vətəndaşları işə qəbul edilərkən onların iş təcrübələri, insanlarla ünsiyyət qurmaq bacarıqları və bələdiyyəmizə birləşmiş olan bələdiyyələrdə nəzərə alınaraq 1 nəfər Əbil kəndindən, 1 nəfər Sarıcalar kəndindən və 1 nəfər  Şirinbəyli kəndindən işə qəbul olunmuşdur.

İşə qəbul olunmuş işçilərin işlərini günün tələblərinə uyğun qurulması öz səlahiyyətləri çərçivəsi daxilində vətəndaşları qəbul etmələri, lazımi şəraitin yaradılması üçün bələdiyyəmiz tərəfindən 8.000 manat vəsait qoyularaq, Qara Nuru kəndində yerləşən icra nümayəndəliyinin binasında iclas zalı olan otağı  hissələrə bölünərək, sədr, müavinlər, vergi agentləri və kargüzar üçün otaqlara bölünərək tam təmir olunmuş, bütün otaqlar ofis mebeli və kompüter ilə təmin olunmuşdur.

Bələdiyyəmiz işçiləri işə qəbul və onların rahat işlərini günün tələblərinə uyğun qurması üçün şərait yaratdıqdan sonra işçilər tərəfindən, ailə təsərrüfatlarının qeydiyyata alınması işləri həyata keçirilmiş və bələdiyyənin BAMS proqramında qeydiyyatdan keçən təsərrüfatlara vergi borcları barədə tədiyyə bildirişlərinin verilməsi təşkil olunmuşdur. Tədiyyə bildirişlərinin verilməsi zamanı vətəndaşlara vergilərini vaxtı vaxtında ödəmələrini və nə formada ödəyə biləcəkləri izah olunmuşdur.

Bələdiyyə ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə bələdiyyə üzvlərinin iclasında  bələdiyyə və qulluqçularından ibarət 20.05.2025-ci il tarixdə ekologiya komissiyası yaradılmışdır. Yaradılmış ekologiya komissiyasının vəzifə və səlahiyyətləri qərarda öz əksini tapmışdır. Yaradılmış ekologiya komissiyasının keçirilmiş ilk iclasda komissiya tərəfindən, Qara Nuru Bələdiyyəsi ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması məişət tullantılarının toplanması üçün bələdiyyə ərazisindən keçən, mərkəzi küçələrə ticarət obyektlərinin qarşısında məişət tullantılarının yığılması üçün bələdiyyə tərəfindən zibil qablarının yerləşdirilməsi, bundan sonra həmin tullantıların Saatlı rayonunda yerləşən paliqona daşınması üçün aidiyyatı qurumlarla müqavilə bağlanması üçün hazırlanmış layihə bələdiyyənin şura iclasında qəbul olunmuşdur.

Bundan sonra bələdiyyəmiz tərəfindən, məişət tullantılarını ayrılmış paliqona daşınması üçün hər ay 531 (beş yüz otuz bir) manat ödəmək şərti ilə Saatlı rayonu Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə müqavilə bağlanmışdır.

Qeyd etmək istərdik ki, 01 avqust 2025-ci il tarixinədək daşınan tullantılara görə bələdiyyəmiz tərəfindən müqavilə şərti olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə 1593 (bir min beş yüz doxsan üç) manat vəsait ödənilmişdir.

Bələdiyyə icra orqanının işini günün tələblərinə uyğun qanuni formada qurulması üçün lazımlı olan dəftər ləvazimatları ilə təmin olunmuş məktubların daxil olma, göndərilmə kitabları, vətəndaşların şifahi və yazılı müraciətlərini qeydiyyata alınması üçün kitablar hazırlanmış, hər bir vərəqi sayılaraq tikilib möhürlənmişdir.

19 fevral 2025-ci il tarixindən 2025-ci il 01 avqust tarixədək vətəndaşlar tərəfindən, 200 şifahi 54 yazılı müraciət daxil olmuşdur. Şifahi müraciətlərin çoxu təsərrüfatlarda suvarma mövsümü olduğu üçün əsasən, təsərrüfatların suvarılması ilə əlaqədar olmuşdur.Bununla bağlı Bələdiyyəmiz tərəfindən Saatlı rayon Suvarılma idarəsinə müraciət edilmiş, müraciətimizə operetiv cavab verilmişdir və bütün problemlər öz həllini tapmışdır.

Onuda bildirmək istərdik ki, bir bələdiyyə kimi Saatlı rayon Suvarılma İdarəsinin işindən çox razıyıq çünki, bütün müraciətlərimizə səmimi yanaşaraq, yaranmış problemlərin aradan qaldırılmasında böyük köməklik göstərmişlər. Buna misal olaraq göstərə bilərik ki, Qara Nuru və Sarıcalar kəndində yerləşən şor kollektorların təmizlənməsi üçün müraciət etdikdən sonra idarə tərəfindən, demək olar ki, 15 km-ə qədər şor kollektorlar  lildən təmizlənmişdir. Demək olarki, təsərrüfat daxili kanalların əksərriyəti lildən təmizlənərək, vətəndaşların istifadəsinə verilmişdir.

Qara Nuru kənd sakini Məmmədov Yaşar Mirzağa oğlu bələdiyyəmizə şifahi müraciət edərək, onun həyətyanı sahəsini suvarmaq üçün 200 metrlik su arxın lildən təmizlənməsinə köməklik etməyimizi xahiş etmişdir. Bələdiyyə vətəndaşın müraciətini nərəzə alaraq arxın lildən təmizlənməsi təşkil edilib və vətəndaşın müraciəti öz həllini tapmışdır.

II Qarabağ müharibəsində iştirak edərək, yaralanmış Qara nuru kənd sakini Mövsümov Ağakişi Sabir oğlu, bələdiyyəyə şifahi müraciyət edərək, yaşadığı küçənin çınqıl daşla təmir olunmasını xahiş etmişdir. Ağakişi Mövsümovun müraciyətini nəzərə alaraq, onun yaşadığı küçəyə çınqıl daşı tökülüb, cari təmir olunaraq, Qazimizin bələdiyyəyə  yol ilə  əlaqədar olan müraciəti öz həllini tapmışdır.

Bundan başqa Qara Nuru kənd sakini Əliyev Sahib Vəlixan oğlu şifahi formada müraciyət edərək, küçəsinin işıqlandırılmasını xahiş etmişdir. Sahib Əliyevin müraciətinə əsasən günəş enerjisi ilə işləyən işıq quraşdırılaraq istifadəyə verilmişdir.

Kəndimizdə şəhid Sultanov Zaminəli Nazim oğlunun valideyinlərinin yaşadığı küçənin başlanğıcında uzun illər əvvəl tikilmiş, heç kimin istifadə etmədiyi, istifadəyə tam yararsız 2 tikili sökülərək, tullantılardan təmizlənmiş və yol genişləndirilmişdir, lakin ordan keçən qaz xətti problem yaratdığı üçün yolun təmir olunması hal-hazırda dayandırılmışdır.

 Novruz bayramı ərəfəsində bələdiyyəmiz tərəfindən, II Qarabağ müharibəsində şəhid olanların ailələrinə hər birinə dəyəri 50 (əlli) manat olmaqla bayram sovqatı hazırlanaraq, Bələdiyyə rəhbərliyi tərəfindən  təqdim olunmuşdur.

 Yazılı müraciət etmiş bütün vətəndaşların müraciətləri cavablandırılır və göstərilən çatışmamazlıqlar  öz həllini tapmışdır. Digər müraciətlər isə aidiyyatı üzrə yönləndirilmişdir. Bir qrup Qara Nuru kənd sakinləri, Qara Nuru bələdiyyəsinə müraciət edərək, onların yaşadığı küçənin təmirə ehtiyac olduqlarını və bələdiyyənin bu işdə onlara kömək etməklərini xahiş etmişlərdir. Bundan sonra Bələdiyyəmiz tərəfindən küçəyə baxış keçirilmiş, qərara gəlinmişdir ki, küçənin təmir olunması üçün 2000 (iki min) manat vəsait tələb olunur. Bu vəsaitin ayrılması qərarlaşdırılaraq küçə təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.

Bələdiyyəmiz tərəfindən bu gün ki, günə kimi Qara Nuru bələdiyyəsi bizə birləşmiş bələdiyyə ərazilərində vətəndaşlara 14 səyari görüşlər keçirilmiş görüşlər zaman vətəndaşlar tərəfindən qaldırılan məsələlər bələdiyyəmizə aid olanları həllini tapmış aid olmayan məsələlərin həll olunmasına bələdiyyəmiz tərəfindən köməklik olunmuşdur.

Sarıcalar Əbil və Şirinbəyli kəndlərindən vətəndaşlar bələdiyyəmizə zəng edərək ərazidə toplanmış və antisanitar vəziyyət yaradan məişət tullantılarının texnikalar vasitəsilə daşınmasını xahiş etmişlər.

Müraciətləri nəzərə alaraq Bələdiyyəmiz tərəfindən əraziyə texnikalar cəlb edilərək, məşiyyət tullantıları kamaz markalı texnikalar vasitəsilə ayrılmış poliqona daşınaraq ərazilər məişət tullantılarından təmizlənmişdir.Bələdiyyəmizdə vətəndaş məmnunluğu, vətəndaşın bələdiyyəyə əlçatanlığını asanlaşdırmaq məqsədi ilə qaynar xətt yaradılmış, qaynar xəttin möbil nömrəsi əhalinin sıx toplandığı yerlərdə elan lövhələrinə yerləşdirilmişdir.Bundan əlavə Bələdiyyəmiz tərəfindən müqavilə ilə yarım ştat əmək haqqı vermək şərti ilə böyük təcrübəyə malik hüquqşünas işə götürülmüşdür. Müqavilə şərtinə əsasən həftənin iki günü bələdiyyəmizdə olur.Həftənin 1-ci günləri vətəndaşları qəbul edir, onlara hüquqi yardım göstərir, həftənin 5-ci günləri isə bələdiyyəmizin hüquqi işləri ilə məşqul olur.19 fevral 2025-ci il tarixindən 01 avqust 2025-ci il tarixinədək Qara Nuru bələdiyyə iclası tərəfindən 20 iclas keçirilərək, müxtəlif qərarlar qəbul olunmuş və qəbul olunan qərarlar 3 iş günü müddətində İmişli Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Bələdiyyələrin birləşməsi nəticəsində bələdiyyə büdcəsinin dürüstləşdirilməsinə ehtiyac yarandıqından bələdiyyəmiz tərəfindən büdcə 13.06.2025-ci il komissiyası yaradılmış, komissiya tərəfindən bələdiyyə büdcəsinin dürüstləşdirilməsi aparılmış və 2025-ci ilin dürüstləşmiş bələdiyyə büdcəsinin Mədaxili-124.680, Məxarici-124.680 olmaqla əsasən sosial yönümlü olması müəyyən edilərək, bələdiyyə  iclasında səsə qoyularaq qəbul olunmuşdur.

19 fevral 2025-ci il tarixindən, 01 avqust 2025-ci tarixinədək bələdiyyə bank hesabına torpaq vergisi və torpaq icarə haqqlarından 28.540 manat vəsait daxil olmuş, daxil olmuş vəsaitlər aşağıda göstərilən formada xərclənmişdir.

1. Yerli xəzinəyə-744

2. DSMF, Şirvan şəhər bölməsinə-5849

3. İcbari tibbi sığorta 1761.57

4. Bələdiyyə qulluqçullarının əmək haqqı-13673.22

5. Kənd bələdiyyələr asosasiya üzvlük haqqı-300

6. Bağlanmış müqaviləyə əsasən məişət tullantıları daşınması-1593

7. Bələdiyyənin müvəqqəti istifadə etdiyi binanın cari təmiri üçün-1400

8. Yeni Azərbaycan partiyasına üzvülük haqqı-100

9. İnternet ödənişi üçün-90

10. 800 metr məsafəsi olan küçənin cari təmir olunması-2000

11. II Qarabağ müharibəsi iştirakçısının müraciəti əsasında cari yol təmir olunması-300

12. II Qarabağ müharibəsində şəhid olan ailələrə Novruz bayramında yardım 250

13. Bank xidməti haqlarına 90

14. 13 saylı Şirvan əmlak idarəsinə döngə nöqtələrinin təyin olunması üçün-200

Bələdiyyəmiz vergilər və torpaq icarə haqqlarının tam toplanmasının və toplanmış vəsaitlərin şəffaflığını təmin edilməsi məqsədi ilə hər altı aydan bir seçicilər qarşısında hesabat verilməsinin qarşısına məqsəd qoymuşdur.

Məqsədimiz vətəndaş məmnuluğunun təmin edilməsidir.

Azər Məhərrəmov

Saatlı rayon Qara Nuru bələdiyyəsinin sədri                            

                                              

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər