Aqil Heydərov: “Eyni zamanda uşaqlara məktəbli ləvazimatları alınaraq bütün ehtiyacları qarşılanıb”
“Saatlı bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib”-bu barədə Belediyye.inofya adıçəkilən bələdiyyənin sədri Aqil Heydərov deyib.
Bələdiyyə sədri Aqil Heydərov müraciət edən vətəndaşları qəbul
edib. Onların problemləri dinlənilib, problemlərin həlli istiqamətində göstərişlər
verilib. Daha sonra vətəndaşların müraciət
ərizələri bələdiyyə qulluqçuları tərəfindən alınaraq icrası ilə bağlı addım atılıb.
Sədr qeyd edib ki, aztəminatlı və ailə başçısını itirmiş ailələrin, övladlarına məktəbli ləvazimatları alınıb. Belə ki, onlar bələdiyyə üzvləri və qulluqçularının müşayəti ilə rayon ərazisində yerləşən marketlərin birinə gedərək müvafiq ölçülərdə məktəbli formaları alınıb. Eyni zamanda uşaqlara məktəbli ləvazimatları alınaraq bütün ehtiyacları qarşılanıb.
Belediyye.info
Rəylər
0 Rəy