Aqil Heydərov: “Bələdiyyənin büdcə gəlirinin 40 faiz artırması hələ son hədd deyil”
“Bu gün Saatlı bələdiyyəsinin əsas vəzifəsi şəhər ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməkdir. Bunun üçün bələdiyyə olaraq var qüvvəmizlə çalışırıq. İlk olaraq bələdiyyənin vergi-uçot sistemində ciddi dönüş yaratmağa çalışmışıq”- bu fikirləri Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov deyib.
Sədr etiraf
edib ki, bu gün BAMS-da tətbiq edilən yeniliklər, SMS xidmətinin istifadəyə
verilməsi, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi və digər tətbiq
edilən yeniliklər nəticə etibari ilə büdcə gəlirlərinin artımına səbəb olub.
Belə
ki, 2024-cü ildə bələdiyyənin səkkiz ayda əldə etdiyi maliyyə vəsaiti 32.003 manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı ərzində
bu rəqəm 52.919 manata bərabər olub.
2024 - cü ildə 3.152 manatlıq torpaq vergisi, 1.037 manatlıq əmlak vergisi, 10.554 manatlıq icarə haqqları, 17.259 manatlıq əmlakın özgəninkiləşdirilməsindən maliyyə daxil olduğu halda, 2025-ci ildə 14.268 manatlıq torpaq vergisi, 2.509 manatlıq əmlak vergisi, 18.972 manatlıq icarə haqqı, 17.158 manatlıq əmlakın özgəninkiləşdirilməsindən bələdiyyə büdcəsinə vəsait daxil olub.
Səkkiz ay ərzində bələdiyyənin büdcə gəlirlərində 39.5 faiz
artım müşahidə olunub. Ancaq əmlak
vergisnin həcmi 58.7 faiz, torpaq vergisinin həcmini 78.9 faiz artırmağa
nail olmuşuq.
Saatlı
bələdiyyəsinin cari ilin sonunadək 100
min manatı əldə etməyi planlaşdırıb.
İnanırıq
ki, bu fəaliyyətimizi bu templə davam etdirə bilsək hədəfimizə çatacağıq.
Belediyye.info
Rəylər
1 Rəy
Surxay Salmanov
06-09-2025, 2 ay əvvəl
Uğurlarınız bol olsun.
Cavabla