Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-09-2025 , 21:13

1379

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Aqil Heydərov: “Bələdiyyənin büdcə gəlirinin 40 faiz artırması hələ son hədd deyil”  

“Bu gün Saatlı bələdiyyəsinin əsas vəzifəsi şəhər ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməkdir. Bunun üçün bələdiyyə olaraq var qüvvəmizlə çalışırıq. İlk olaraq bələdiyyənin vergi-uçot sistemində ciddi dönüş yaratmağa çalışmışıq”- bu fikirləri Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov deyib.

Sədr etiraf edib ki, bu gün BAMS-da tətbiq edilən yeniliklər, SMS xidmətinin istifadəyə verilməsi, BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsi və digər tətbiq edilən yeniliklər nəticə etibari ilə büdcə gəlirlərinin artımına səbəb olub.

Belə ki, 2024-cü ildə bələdiyyənin səkkiz ayda əldə etdiyi maliyyə vəsaiti 32.003  manat təşkil etmişdirsə, cari ilin səkkiz ayı ərzində bu rəqəm 52.919 manata bərabər olub.

2024 - cü ildə 3.152 manatlıq torpaq vergisi, 1.037 manatlıq əmlak vergisi,  10.554 manatlıq icarə haqqları, 17.259 manatlıq əmlakın özgəninkiləşdirilməsindən maliyyə daxil olduğu halda, 2025-ci ildə 14.268 manatlıq torpaq vergisi, 2.509 manatlıq əmlak vergisi, 18.972 manatlıq icarə haqqı, 17.158 manatlıq əmlakın özgəninkiləşdirilməsindən bələdiyyə büdcəsinə vəsait daxil olub.

Səkkiz ay ərzində bələdiyyənin büdcə gəlirlərində 39.5 faiz artım müşahidə olunub. Ancaq əmlak  vergisnin həcmi 58.7 faiz, torpaq vergisinin həcmini 78.9 faiz artırmağa nail olmuşuq. 

Saatlı bələdiyyəsinin cari ilin sonunadək  100 min manatı əldə etməyi planlaşdırıb.

İnanırıq ki, bu fəaliyyətimizi bu templə davam etdirə bilsək hədəfimizə çatacağıq.

Belediyye.info

Rəylər

1 Rəy

Surxay Salmanov

06-09-2025, 2 ay əvvəl

Uğurlarınız bol olsun.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər