Şirvan bələdiyyəsində uğur qazanmış tələbələrlə görüş keçirilib
“Şirvan bələdiyyəsində 2025-ci tədris ilində ali məktəb və liseyə qəbul olan bələdiyyə üzv və qulluqçularının övladları ilə görüş keçirilib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri İlham Səfərov deyib. .
Görüşdə sədr
öncə tələbə adını qazanan gəncləri təbrik edib Çıxışında qeyd edib ki, “bu uğur
sizin uzun illər çəkdiyiniz zəhmətin və səbrin nəticəsidir. Artıq bundan
sonra sizin tələbəlik illəriniz
başlayır. Tələbəlik illəriniz nailiyyətlərinizlə zəngin olsun. Gələcəkdə
yaxşı mütəxəsis kimi xalqımıza layiqli xidmət göstərməyinizi arzu
edirəm.”
Sonda gənclərimizə
Şrvan bələdiyyəsinin adından “Fəxri Fərman” təqdim olundu, xatirə şəkli çəkildi.
Sədr qeyd edib ki, bələdiyyənin 2025-2026-cı tədris ilin başlanması ilə bağlı görüşləri davam edəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy