Şabran bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib
“Şabran bələdiyyəsində növbəti vətəndaş qəbulu təşkil olunub”- bu fikri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fidan Fərzəliyeva deyib.
Sədr qeyd
edib ki, qəbulda vətəndaşların müxtəlif sahələrlə bağlı müraciətləri
dinlənilib, onların həlli istiqamətində müzakirələr aparılıb. Qaldırılan məsələlərin bələdiyyədən asılı olanların bir hissəsi yerindəcə həllini tapıb,
icra olunması vaxt tələb edən müraciətlər isə müvafiq qurumlarla əlaqələndirilməklə
nəzarətə götürülüb.
Fidan Fərzəliyeva qeyd edib ki, vətəndaş müraciətlərinin
operativ və şəffaf şəkildə araşdırılması daim bələdiyyənin rəsmiləri tərəfindən diqqət
mərkəzində saxlanılır. Hər
bir müraciətə həssas yanaşılır və problemlərin həlli üçün bütün imkanlar səfərbər
olunur.
Qəbulun sonunda vətəndaşların təklif və müraciətlərinin müsbət həll olunması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Belediyye.info
Rəylər
0 Rəy