Rayonun Sincanboyad kəndində avtobus dayanacağı təmir olunub
Şabran bələdiyyəsi olaraq əhalinin rahatlığı, ictimai nəqliyyatdan təhlükəsiz və səmərəli istifadəsinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Sincanboyad kəndi ərazisində yol kənarında yerləşən avtobus dayanacağında təmir-bərpa işləri aparılıb.
Layihə çərçivəsində
dayanacağın köhnəlmiş konstruksiyaları yenilənib, oturacaqlar bərpa olunub, ətraf
əraziyə səliqə verilib. Təmir işləri nəticəsində sakinlərin gündəlik gediş-gəliş
şəraiti daha da yaxşılaşdırılıb, məktəblilərin və digər vətəndaşların nəqliyyatdan
istifadəsi üçün daha təhlükəsiz və komfortlu mühit yaradılıb.
Bələdiyyə olaraq məqsədimiz kəndlərimizin sosial infrastrukturunu daim inkişaf etdirmək, vətəndaşların gündəlik həyatında rahatlığı təmin etməkdir.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy