Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-08-2025 , 01:05

1868

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə iclasında altıaylıq hesabat müzakirə edilib

11 mart 2025- ci ildən 30 iyun 2025-ci ilədək Saatlı bələdiyyəsinin fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil ollub.

İclasda Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov, sədrin müavinləri və bələdiyyə üzvləri iştirak ediblər. Aqil Heydərov çıxışı zamanı ötən dövrdə bələdiyyənin fəaliyyəti, görülən işlər, aztəminatlı ailələrə edilən yardımlar, təmir-tikinti işləri və gündəmdə həlli nəzərdə tutulan məsələlər haqqında ətraflı məlumat verib.

Eyni zamanda iclasda bələdiyyə üzvləri tərəfindən vətəndaşların şifahi müraciətlə qaldırdıqları məsələlər müzakirə edilib.

Bələdiyyə iclasında sədr sonda iştirkamçıları maraqlandıran suallar cavablandırlıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər