Bələdiyyə iclasında altıaylıq hesabat müzakirə edilib
11 mart 2025- ci ildən 30 iyun 2025-ci ilədək Saatlı bələdiyyəsinin fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil ollub.
İclasda
Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov, sədrin müavinləri və bələdiyyə üzvləri
iştirak ediblər. Aqil Heydərov çıxışı zamanı ötən dövrdə bələdiyyənin fəaliyyəti,
görülən işlər, aztəminatlı ailələrə edilən yardımlar, təmir-tikinti işləri və
gündəmdə həlli nəzərdə tutulan məsələlər haqqında ətraflı məlumat verib.
Eyni
zamanda iclasda bələdiyyə üzvləri tərəfindən vətəndaşların şifahi müraciətlə
qaldırdıqları məsələlər müzakirə edilib.
Bələdiyyə iclasında sədr sonda iştirkamçıları maraqlandıran suallar cavablandırlıb.
Belediyye.info
Rəylər
0 Rəy