Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-04-2023 , 14:49

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +
Dövlət xidməti ağaclarən qanunsuz kəsildiyini müəyyən edib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Nəsimi rayonlarında, eyni zamanda Sumqayıt şəhəri, Abşeron, Masallı və Lənkəran rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, Zeytun küçəsi 40 ünvanında vətəndaş Sərdar İmanov tərəfindən, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə “SR-A Construction” MMC, Sumqayıt şəhəri, 5-ci mikrorayonda İlham Teyyubov, Abşeron rayonu, Xırdalan şəhərində Əfqan Xankişiyev, Masallı rayonu, Çaxırlı kəndində Mübariz Dadaşov, Lənkəran rayonu, Günəhir kəndində isə Günəhir bələdiyyəsi tərəfindən kəsildiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hümbət Hüseynovu fərqləndirən cəhətlər

Gündəlik Xəbərlər
02-12-2023

Şuşa rayonu üzrə payızlıq əkin davam edir

Gündəlik Xəbərlər
01-12-2023

Bələdiyyələr nə qədər gəlir əldə edib?

Gündəlik Xəbərlər
30-11-2023