Seymur Rəsulov: “Hövsan bələdiyyəsinə gələn hər bir vətəndaş bələdiyyədən naümid qayıtmır”
Anar Hüseynli: “Bu səfərdə Prezident İlham Əliyev Azərbaycanın bir daha qlobal siyasətin mühüm oyunçusu olduğunu göstərdi”
Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirildi
Agcabədi bələdiyyəsində nöbvəti vətəndaş qəbulu keçirilib
Şabran bələdiyyəsində vətəndaş qəbulu keçirilib
Bəylər Həsənov: “Bu gün hədəfimiz bəllidir”
Kolatan bələdiyyəsi az müddət ərzində çox iş görüb, lakin...
Ziya Əhmədov: “Bu gün əsas məqsədimiz sakinlərə verdiyimiz sözü vaxtında tutmaqdır”
"Yay məktəbi" layihəsi Sumqayıt bələdiyyəsinin dəstəyi il həyata keçirilir
Nazir Fərid Əhmədov Ağsu şəhərində vətəndaşları qəbul edib
Günel Ağayeva: “Məqsədimiz vətəndaşlara xidmət səviyyəsini artırmaqdır”
Sumqayıtda Beynəlxalq Gənclər Günü münasibətilə möhtəşəm tədbir təşkil olunub.

Yüklənir...
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Ağsu rayonu Gəgəli bələdiyyəsi
Gəncə şəhəri Nizami bələdiyyəsi
Sənədsiz evlərə qadağa bahalaşma yaratdı - Belə getsə, Bakıda yaşamaq mümkünsüz olacaq
Bakıda fərdi yaşayış evlərinin qiyməti yenidən bahalaşıb. Ekspertlərin bildirdiyinə görə, bu artım ötən ay qanuna edilmiş müvafiq dəyişikliklə əlaqədardır. Dəyişiklik səbəbindən çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Ona görə də hazırda çıxarışı olmasa belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.
Qeyd edək ki, son illər paytaxtda mənzillərin qiymətində ciddi artım baş verib. Statistik göstəricilərə əsasən, təkcə son üç ildə mənzillərin qiymətində 50 faizlik artım müşahidə olunur. Ekspertlər qiymət artımını əmlakın etibarlı sərmayə növü olması, Rusiyadan, Ukraynadan və digər dövlətlərdən Azərbaycana üz tutanların sayının çoxluğu, azərbaycanlı miqrantların ölkəyə qayıtması və Bakıda əmlak sahibi olmağa meyllənməsi və digər amillərlə əlaqələndirirlər. Eyni zamanda, mövsümi amillər, bölgələrdə işsizliyin hökm sürməsi və əhalinin kütləvi şəkildə Bakıya üz tutması da qiymət artımlarına təsirsiz ötüşmür.
Bahalaşma təkcə daşınmaz əmlakın satışı zamanı deyil, kirayə qiymətlərində də özünü göstərir. Açıqlamalara görə, kirayə bazarında da son bir neçə il ərzində təxminən 50 faiz artım qeydə alınıb. Bahalaşma şəhərin mərkəzi hissəsi ilə yanaşı, kənar ərazilərində də müşahidə edilir. Ekspertlər çıxış yolu olaraq universitetlərin paytaxtdan kənara və regionlara köçürülməsini, müasir tələbə yataqxanalarının istifadəyə verilməsini təklif etsələr də, bu, baş vermir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, əmlak eksperti Vüqar Oruc AYNA-ya açıqlamasında bildirib ki, qanuna edilən dəyişikliklər tikinti məhsulları bazarına da təsirsiz ötüşməyəcək: “İnşaat bazarını situmullaşıran əsas amillərdən biri torpaq sahələrində inşa olunan fərdi yaşayış evlərinin sayının çox olması ilə əlaqədar idi. Oktyabrın 1-dən etibarən qanuna edilmiş müvafiq dəyişikliyə əsasən, çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu o deməkdir ki, artıq belə evlərdə yaşayan əhali kommunal xidmətlərdən istifadə edə bilməyəcək. Bakıda və Abşeronda isə çıxarışı olmayan fərdi yaşayış evlərinin sayı çoxdur. Bu isə öz növbəsində ciddi problemlərə yol açacaq. Çıxarışı olan torpaqların və fərdi yaşayış evlərinin qiymətləri isə artacaq. Bu, bir tərəfdən həyət evləri ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edirsə, digər tərəfdən xeyli sayda vətəndaşın, əsasən də aztəminatlı ailələrin ciddi problemlərlə üzləşməsinə gətirib çıxarır” – AQC sədri vurğulayıb.
Əlavə edib ki, daşınmaz əmlak bazarında ucuzlaşmadan söhbət gedə bilməz: “Bahalaşmanı doğuran səbəblər hələ də öz aktuallığını qoruyub saxlayır. Daşınmaz əmlakın etibarlı investisiya vasitəsi olması, Rusiyada və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların, habelə imkanı olan ölkə vətəndaşlarının bir neçə mənzilə sahiblənməsi, həmin mənzilləri kirayəyə verməsi qiymət artımları ilə yanaşı, kirayə bazarında bahalaşmaya səbəb olub. Eyni zamanda, Azərbaycana üz tutan xarici ölkə vətəndaşları da Bakıda daşınmaz əmlaka sahib olurlar və bu, kütləvi xarakter daşıyır. Hansı ki, paytaxdakı əcnəbilər buna qədər daha çox kirayələrdə yaşamağa üstünlük verirdilər. Regionlardan da paytaxta axını nəzərə alsaq, yaxın gələcəkdə qiymət artımlarının davam edəcəyini proqnozlaşdırmaq olar” – V.Oruc əlavə edib.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin AYNA-ya dediyinə görə, çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsinin qadağan olunması ilə bağlı qanuna edilən dəyişiklikdən sonra çıxarışlı torpaqların və mənzillərin qiyməti artacaq: “Artıq bu, baş verib və bundan sonra da davam edəcək. Bu gün Bakıda və Abşeronda çıxarışı olan torpaq sahələrinin sayı azdır. Əksər torpaq sahələrinin bələdiyyə sənədi və və SSRİ dövründən qalan kolxoz və sovxozlardan verilən payçı sənədləri mövcuddur. İndiyə qədər ən ucuz evlər də məhz çıxarışı olmayan evlər idi. Qiymətlər münasib olduğuna görə aztəminatlı əhali üçün əlçatan idi. Təbii ki, qanuna edilən son dəyişiklikdən sonra bu evləri alan olmayacaq. Qanuna edilən bu dəyişiklik öz növbəsində inşaat bazarına da təsirsiz ötüşməyəcək. İşıq, qaz və suyu olmayan evlərdə heç kim yaşamaq istəməyəcək”.
Ekspert qeyd edib ki, daşınmaz əmlak bazarında bahalaşma alıcılıq qabiliyyətini ciddi şəkildə azaldır: “Yeni inşa edilmiş binalarda daha çox qiymət artımları baş verir. Əsas səbəb tikinti materiallarının bahalaşması, çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin kəskin azalması və qiymət artımlarıdır. Eləcə də köhnə 9 mərtəbəli və istismar müddətini bitirmiş 2-5 mərtəbəli binalarda da çox ciddi şəkildə bahalaşmaya məruz qaldı. Buna səbəb həmin binaların pilot layihələr çərçivəsində sökülməsi, sosial şəbəkələrdə və KİV-lərdə bu barədə yayılmış məlumatlardır. Hazırda qiymət artımları nisbətən səngisə də, ciddi qiymət enmələri gözlənilmir” – deyə, Fərzəliyev fikrini tamamlayıb.
https://valyuta.az/az/insaat-ve-emlak/37824/senedsiz-evlere-qadaa-bahalasma-yaratdi-bele-getse-bakida-yasamaq-mumkunsuz-olacaq/
Qazax, Agstafa və Şəmkir RİH başçıları: İkisi “Tərəqqi” medallı, bir alim və ...
Şuşa ziyalıları haqqında sosial çarxların hazırlanması” adlı layihənin icrası tamamlanıb
Dəmir yolunun lap kənarında təhlükə saçan tiklilər sökülməlidir -AÇIQLAMA
Xızı RİH-də yarpaq tökümü davam edir, vakant yerlərin sayı yeddiyə çatdı
Ədliyyə naziri Fərid Əhmədov 18 iyul tarixində Quba şəhərində vətəndaşları qəbul edib.
Bu rayon icra hakimiyyətində yeddi şöbə müdirindən üçünün yeri boşdur?
Vüqar Tofiqli : "Tarixi-mədəniyyət abidələrin təbliğində bələdiyyələrin mühüm rolu ola bilər"
Avstriyada işgüzar səfərdə olan nümayəndə heyətinin tərkibində bələdiyyə sədri də var
Bələdiyyələr və Qiymətləndirmə Palatası: münasibətlər necə tənzimlənir?
Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Bələdiyyələr satışı bu cür həyata keçirir
2025-ci ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə ümumi məhsul buraxılışı haqqında
Rəylər
0 Rəy