Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-11-2023 , 20:57

3917

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib

Noyabrın 30-da Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, Regional məsələlər komitəsinin iş planına əsasən təşkil edilən tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisinin, Bakı şəhərinin və bir sıra rayon bələdiyyələrinin sədrlərinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçilərinin, eyni zamanda mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın tarixində nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayan S.Novruzov onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda sosial, iqtisadi, elmi, mədəni və digər sahələrdə ciddi uğurlar əldə olunmaqla yanaşı, regionların inkişaf etdirilməsi və yerli özünüidarəetmə sahələrində də əməli addımlar atıldığını qeyd edib. Bildirilib ki, həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilib. Məhz o illərdə güclü sənaye potensialı yaradılıb, respublikamızın müxtəlif rayonlarında çoxsaylı zavod və fabriklər tikilib, irimiqyaslı infrastruktur layihələri icra edilib.

Sonrakı dövrlərdə də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində milli dövlətçilik ənənələrinin qorunub-saxlanmasına, demokratik dəyərlərin inkişaf etdirilməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına, həmçinin regionların sosial-iqtisadi inkişafına, yerli özünüidarəetmə institutunun formalaşdırılmasına xüsusi önəm verib.

Komitə sədri qeyd edib ki, Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 20 il dövlətimizin və xalqımızın taleyində yeni inkişaf mərhələsinin başlanğıcı olub. Bu dövr ərzində Regionların Sosial-İqtisadi İnkişafı üzrə 4 Dövlət Proqramının uğurla həyata keçirildiyini deyən S.Novruzov, bu proqramların regionların inkişafında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu illər ərzində Azərbaycanda 3500-dən çox məktəb, 700-dən çox xəstəxana, 40-dan artıq olimpiya idman kompleksi tikilib istifadəyə verilib.

Bildirilib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoymuş 44 günlük Vətən müharibəsi və bu ilin sentyabr ayında həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycan ərazilərinin işğaldan azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnib. Qeyd olunub ki, Azərbaycan hökuməti bu ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinə başlayıb, müasir səviyyəli beynəlxalq hava limanları, evlər, məktəblər, elektrik qovşaqları, yollar və digər infrastruktur layihələri uğurla icra olunur.

Tədbirdə Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov “Heydər Əliyev Azərbaycanda regional inkişaf siyasətinin müəllifidir” mövzusunda çıxış edərək deyib ki, bugünkü ictimai dinləmənin Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə, “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi rəmzi xarakter daşıyır. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza sədaqətlə xidmət edərək respublikanın gələcək uğurlu inkişafının təməlini qoyub. Heydər Əliyev, ölkəmizin regional inkişaf siyasətinin müəllifi olaraq, regionlarımızın davamlı inkişafına, yerlərdə səmərəli dövlət idarəçiliyinin və yerli özünüidarəetmənin qurulmasına, bölgələrdə yaşayan əhalinin rifah halının yaxşılaşdırılmasına böyük töhfələr verib.

Məhz Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə qəbul olunmuş milli Konstitusiyamızda yerlərdə icra hakimiyyətinin və yerli özünüidarəetmənin əsasları və statusu müəyyən edilib. 1999-cu ildə ilk bələdiyyə seçkilərinin keçirildiyini deyən deputat bildirib ki, ötən dövr ərzində regional inkişaf siyasətinin həyata keçirilməsi üçün habelə bələdiyyələrin statusunu, səlahiyyətlərini, hüquq və vəzifələrini müəyyən edən çoxsaylı qanunlar qəbul edilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramlarının uğurla həyata keçirildiyini qeyd edən K.Bayramov həmin proqramların uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin simasının köklü şəkildə dəyişdiyini, regionların iqtisadi potensialının artdığını, infrastruktur təminatının, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşdığını, əhalinin rifah halının yüksəldiyini bildirib.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti sayəsində Vətən müharibəsində qazanılan tarixi Qələbə isə torpaqlarımızın işğalına son qoymaqla, ölkəmizin regional inkişaf siyasətində köklü dəyişiklərin aparılmasını zəruri edib. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

“Heydər Əliyevin ölkəmizdə yerli demokratiyanın inkişafında rolu” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov mühüm hadisələrlə zəngin olan 2023-cü ilin, ilk növbədə, “Heydər Əliyev İli” kimi tariximizə həkk olunacağını bildirib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev yerli özünüidarəetmənin təşkilini demokratik, hüquqi dövlət quruculuğunun vacib, ayrılmaz tərkib hissəsi kimi qiymətləndirib. Vurğulayıb ki, Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə qəbul olunan dövlət proqramlarında, milli fəaliyyət planlarında yerli özünüidarəetmənin təkmilləşməsi, bu sahədə şəffaflığın, hesabatlılığın artırılmasına yönəlmiş mühüm tapşırıq və tövsiyələr yer alır.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Ədliyyə Nazirliyi və onun qurumları tərəfindən də silsilə tədbirlərin həyata keçirildiyini deyən mərkəzin rəisi, Ədliyyə Nazirliyinin 2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyasında müəyyənləşdirilmiş bir sıra hədəflərdən söz açıb, “Bələdiyyələrlə iş portalı”nın istifadəyə verildiyi, bələdiyyələrin vergi işinin səmərəli təşkilində əhəmiyyətli rolu olan BAMS adlı yeni proqram təminatının yaradıldığı barədə məlumat verib.

Abşeron rayonu, Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev “Heydər Əliyev yerli özünüidarəetmə institutunun banisidir” mövzusunda çıxış edərək, bu dinləmənin Azərbaycan dövlətinin və müasir tariximizin yaradıcısı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində keçirilməsini yüksək qiymətləndirib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Konstitusiyanın qəbul edilməsini müstəqil Azərbaycan dövlətinin qurulması prosesində Ulu Öndərin ən böyük xidmətlərindən biri olduğunu deyən bələdiyyə sədri, Ana qanunumuzda müasir dövlət quruculuğu üçün vacib olan bütün bəşəri prinsiplərin əks olduğunu qeyd edib. O deyib ki, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və digər qanunların qəbulu yerli özünüidarəetmənin inkişafında mühüm rol oynayıb. Bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlar, sosial ədalət və demokratiya siyasətinə söykənən müasir idarəetmə modelində bələdiyyələr özünəməxsus yerə malikdir.

Ulu Öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsindəki fəaliyyətini xüsusi vurğulayan bələdiyyə sədri bu gün qalib Azərbaycanın öz sosial-iqtisadi, siyasi və mədəni inkişafının ən yüksək dövrünü yaşadığını vurğulayıb.

Tədbirdə deputatlar Ziyad Səmədzadə, Naqif Həmzəyev, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Səbinə Xasayeva, Rauf Əliyev, İlham Məmmədov, Cavid Osmanov, Etibar Əliyev, Müşfiq Cəfərov, Arzu Nağıyev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev və Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsi barədə fikirlərini bildiriblər, onun hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərdiyini, həmin dövrlərdə ölkə həyatının bütün sahələrinin inkişaf etdiyini deyiblər.

Tədbirə yekun vuran Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ictimai dinləmədə səsləndirilən fikirlərin ölkəmizdə yerli özünüidarəetmənin və regionların inkişafı istiqamətində görülən işlərin daha da təkmilləşməsinə öz müsbət töhfəsini verəcəyinə inamını ifadə edib.

azertag.az

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024
291

Yeni seçiləcək bələdiyyə üzvlərinin sayı məlum oldu

Gündəlik Xəbərlər
02-12-2024
349

Anim günündə şəhid polkovnikin ailəsi ziyarət olunub 

Gündəlik Xəbərlər
01-12-2024
299

Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək

Gündəlik Xəbərlər
26-11-2024
421

Birləşmədən sonra bələdiyyələr daha effektiv olacaq

Gündəlik Xəbərlər
26-11-2024
393