Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-12-2023 , 18:19

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum keçirilir

Dekabrın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum işə başlayıb.

Forumda çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, mina və müharibənin digər partlayıcı qalıqları işğaldan azad edilmiş ərazilərin inkişafına, insanların öz doğma yurd yerlərinə qayıtmasına əngəl törədir, ətraf mühit üçün də ciddi problem yaradır. 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Respublikasının Ombudsman Aparatının aparat rəhbərinin müavini Rəşid Rumzadə, BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuchi, “Beynəlxalq Avrasiya Mətbuat” Fondunun sədri Umud Mirzəyev çıxış edərək minanın insanların həyat və sağlamlığına, ümumiyyətlə bəşəriyyətə ciddi təhdidlərindən danışaraq mina və partlamamış hərbi sursatların işğaldan azad  edilmiş ərazilərdə dayanıqlı inkişafa törətdiyi maneələrdən söhbət açıblar.

Forumda həmçinin ANAMA stendinin təqdimatı və Azərbaycanın minatəmizləmə fəaliyyəti ilə bağlı film də nümayiş olunub. 

Forumun ikinci hissəsində isə qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün ANAMA-nın əməkdaşları tərəfindən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və təhlükəli ərazilərdə davranış qaydaları, minaların törətdiyi fəsadlar və psixoloji nəticələri, təhlükəli ərazilərin əlamətləri” adlı təlim keçirilib.

Forum sabah öz işinə dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamda davam edəcək.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024