Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-12-2023 , 09:26

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ümid edək ki, Əmlak məsələləri Dövlət Xidməti  bu suallara aydınlıq gətirəcək

Ulu öndər Heydər Əliyevin yadigarı olan bələdiyyə sisteminə qarşı Əmlak məsələləri Dövlət Xidmətinin yürütdüyü, yumşaq desək ”xoş olmayan” siyasətin əsas məqsədi və məramı bu gün başa düşülən deyil. 

Cari ildə 10-dan artıq rayonda regional müşavirə keçirən xidmət müşavirələrdə çıxışına icazə verdikləri bələdiyyə sədrlərinin səsləndirdikləri problemlərin həlliylə nə vaxt məşğul olacaqlar, maraqlıdır. Xidmətdə çalışanlar bələdiyyə sədrlərinə qarşı sanki səlib yürüşünə başlayıblar. Belə olan halda qurum əməkdaşları arada dönüb öz fəaliyyətlərini təhlil edərək nəticə çıxarsalar, düşünürəm ki, daha məqsədəuyğun olardı.

Bu gün Əmlak məsələləri Dövlət Xidməti  son illərdə dəfələrlə artırılan tarif dərəcələrinə, şəhid ailələrinə təmənnasız verilən torpaq sahələrinə görə bələdiyyələrdən təkrar rusum alınmasına, ilk dəfə olaraq Beyləqən bələdiyyələrinin rüsum dərəcələrinin dəfələrlə artmına etdikləri etiraza heç olmasa reaksiya vermələrinə,  bu günədək Bakı bələdiyyələrinə mülkiyyətə torpaq və əmlakın verilməməsinə, üstəlik sənədsiz əmlakın sənədləşdirilməsi prosesinə nə vaxt start veriləcəyinə və onlarca digər səsləndirmədiyimiz  və ən əsası hər kəsi narahat edən suallara aydınlıq gətirsəydi yaxşı olardı.

Mənə maraqlıdır ki, xidmət əməkdaşları heç olmasa düşünürlərmi ki, nazirlik statusunda olan bir qurumun statusu niyə bu gün xidmət səviyyəsinə endirilib.  Və yaxud, son iki il ərzində xidmətin onlarca əməkdaşının  hansı əsasla həbs edilmələri barədə, yəqin ki, məlumatlıdırlar. Belə güman etmək olar ki, bu prosesi tam təhlil etmiş olsaydılar xidmətin bir qrup əməkdaşı  bu gün öz addımlarıyla bələdiyyələri və vətəndaşları dövlətdən narazı salmağa çalışmazdılar. Əslində müşahidələrimiz bizə bu qənaətə gəlməyə bir növ əsas verir.  

Hər halda bizim istəyimiz odur ki, regionlardakı müşavirələr “fiksə xatirinə” keçirilməsin və ən əsası qaldırılan məsələlər  öz həllini tapsın. Şirvan şəhərində  keçirilən ilk müşavirədən başlamış, Gəncə şəhərində baş tutan sonuncu müşavirəyədək keçirilən bütün tədbirlər standart şəkildə, ümumi rəqəmləri açıqlamaqla və bəzi standart fikirləri təkrarlamaqla davam edib. Qurumun yaydığı press-relizləri oxumaqla deyilənlərin həqiqətə uyğun olduğu konkret olaraq görmək olar. Nə isə.

Əmlak məsələləri Dövlət Xidmətində çalışanlar heç olmasa Gəncə şəhərində keçirilən müşavirədə bələdiyyə sədrlərinin dirəniş göstərmələrindən, inanıram ki, nəticə çıxaracaqlar.

Bizim məqsədimiz ölkə başçısı İlham Əliyevin də söylədiyi kimi “məmurun xalqın xidmətçisi” olmasına çalışmaqdır.  Hər halda ümid edirik ki, Əmlak məsələləri Dövlət Xidməti özlərinin keçirdikləri müşavirələr də səslənən irad və təkliflərə, ən əsası yaratdıqları problemlərə aydınlıq gətirəcəklər. Bununla da “xalqın xidmətçisi” olduqlarını işdə sübut edə biləcəklər.  Sizi bilmirəm,  mən xidmək əməkdaşları tərəfindən bu fikrin reallaşdırılacağına, nədənsə,  inanıram.

Gəlin ümid edək ki, Əmlak məsələləri Dövlət Xidmətinin rəsmiləri bu dəfə yazılanları oxuyub yola verməyəcək, əksinə yaratdıqları süni problemlərin və xüsusən də narazılıqları aradan qaldırmaqla həllinə başlayacaqlar. Gözləyək....

Vüqar Tofiqli 

Rəylər

1 Rəy

Rövşən Əsgərov

05-12-2023, 7 ay əvvəl

Qovlar bələdiyyəsinin sədri kimi Şəmkirdə keçirilən zona müşavirəsində iştirak etdim və mənə çıxış üçün şərait yaradılıdı. Ümüd edirik ki, səsləndirdiyimiz problemlərin həlli üçün söz verdikləri kimi operativ tədbir görəcəklər. Çox ümidlə gözləyirik .......

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Ədliyyə naziri qəbul keçirib

Gündəlik Xəbərlər
24-07-2024

QHT Qax rayonunda növbəti görüş keçirib

Gündəlik Xəbərlər
29-06-2024

Qax bələdiyyəsində növbəti görüş

Gündəlik Xəbərlər
28-06-2024

Şəxsiyyət

Gündəlik Xəbərlər
28-06-2024