ADA Universitetinin tələbələri Nərimanov Bələdiyyəsində təcrübə keçəcəklər
“ADA Universitetinin tələbələri Nərimanov bələdiyyəsində təcrübə keçəcəklər”- bu barədə məlumatı Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədrin sözlərinə görə, bu gün bələdiyyədə keçirilən görüşdə tələbələrin bələdiyyənin kollektivi ilə tanışılıq görüşü olub.
Görüşdə Təmraz Tağıyev Ulu öndər Heydər Əliyev yadigarı olan bələdiyyə sisteminin inkişaf yolundan danışaraq bələdiyyənin əldə etdiyi uğurlardan danışıb. Bununla yanaşı tələbələrə bələdiyyənin büdcə gəlirləri, maliyyə istiqamətləri barədə danışlımışdır. Sədr tələbələrə bələdiyyə sahəsində aparılan yeniliklərdən və bələdiyyənin həyata keçirdiyi layihələr barəsində məlumat verib.
Rəhbərlik etdiyi bələdiyyənin fəaliyyətinə toxunan sədr Nərimanov bələdiyyəsində şəhid ailəsindən olan 6 nəfərin işlə təmin olunduğunu, 22 nəfər Vətən müharibəsi qazisinə hər ay yardım edildiyini və bundan başqa, 11 nəfər şəhid övladına da dəstək göstərildiyini qeyd edib.
Qeyd edək ki, tələbələr üç ay müddətində bələdiyyədə təcrübə keçəcəklər.
Belediyye.info
Rəylər
0 Rəy