İmişli regional ədliyyə idarəsi ağacəkmə aksiyası keçirib
Ölkə
başçısı, Ali baş komandan cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan
Respublikasında elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı
ilə yurisdiksiya üzrə yerli ədliyyə qurumlarının, İmişli rayon İcra Hakimiyyətinin,
İmişli şəhər bələdiyyəsinin iştirakı ilə rayonun şəhidlər xiyabanında ağacəkmə
aksiyası keçirilmişdir.
Ümumilli liderin bizə əmanət qoyduğu dövləti əbədi
yaşatmaq, onun ruhuna dərin ehtiramı göstərmək məqsədilə Ədliyyə Nazirliyinin
bütün struktur qurumlarında, eləcə də İmişli regional ədliyyə idarəsində silsilə
tədbirlər keçirilir.
Bu aksiyada əsas
məqsədin ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər
zaman böyük əhəmiyyət vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək,
ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar
arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət
olub.
Dahi şəxsiyyətin əsasını qoyduğu ekoloji siyasət
hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin
mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər
həyata keçirilir.
Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsi