Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2024 , 21:52

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri:” Problemi qaldırdım, komissiya yaradıldı və...”

“Daim vətəndaşların yanındayıq, hər gün kəndin küçə və meydanlarında vətəndaşlarla görüşürük” - bu fikirləri Zaqatala rayonu Mosul bələdiyyəsinin sədri Elçin Alasiyev bildirib.

Bu günədək sakinlərlə hər hansı problem yaşanmadığını qeyd edən sədr bələdiyyədə vətəndaşların qəbulla bağlı qeydiyyat kitabı olduğunu bildirib.

“Kənd yerində o qədər çox müraciət olmur” – deyən sədr daha sonra ay ərzində müraciət edənlərin əsasən subsidiya yazılmasıyla bağlı olduğunu qeyd edib:

 - Şəxsən bizim kəndin əkin subsidiyalarını mən yazıram, buna görə gündə 5-7 nəfər qəbul edirəm. Lakin sakinlərin əsas problemlərindən biri də əmlakın çıxarışının olmamasıyla bağlıdır.

Bizdə əsasən Dövlət aktlar mövcuddur. Dövlət aktların da bir çox uyğunsuzluq var idi. Sakinlərin bu problemiylə bağlı  müvafiq orqan müraciət etdim. Komissiya yaradılmasını xahiş etdim. Komissiya yaradıldı, gəlib müəyyən uyğunsuzluq hallarını aradan qaldırdılar. 

Ancaq torpaq satışıyla bağlı müəyyən problemlər var ki, onun həlli vacib hesab edirik.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər